Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ərdoğan o qeder rüşvete bulanmış adamdır ki, Türkiyenin başına bela açır”

29 Haziran 2016

2:12 pm


29/06/2016 [18:07]: xeber –
Bu sözləri Hafiz Hacıyev ötən gecə İstanbulda törədilən terrorun bəzi dövlətlərin Türkiyəyə qarşı sabotajı kimi qiymətləndirilməsini şərh edərkən deyib.İstanbulun Atatürk hava limanında üç ayrı “canlı bomba” terror hadisəsi törətdi. Bu terrorun xeyli sayda qurbanları oldu. Atatürk Hava Limanında törədilən partlayış nəticəsində ölənlərin əksəriyyətinin kimliyi artıq müəyyənləşib. Son məlumatlara görə ölənlərdən 28 nəfəri türk, 13 nəfəri isə xarici ölkə vətəndaşlarıdır  və hadisə zamanı 239 nəfər yaralanıb.Ötən gecə İstanbul Hava Limanında törədilən terror İsrail və Rusiya ilə barışığa gələn Türkiyəyə qarşı bəzi dövlətlərin sabotajı ola bilərmi?Bu sualla  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə müraciət edilib. Partiya sədri qeyd edib ki, Qərb dövlətləri Türkiyə-Rusiya yaxınlaşmasın istəmədilər və buna görə də Ərdoğanı cəzalandırdılar:“Bəli bu terror İsrail və Rusiya ilə barışığa gələn Türkiyəyə qarşı bəzi dövlətlərin sabotajıdır. Türkiyənin apardığı siyasət səhv siyasətdir. Yəni bildiyimiz kimi Ərdoğan forumda İsrail prezidentin təhqir etdi. Bundan sonra Türkiyə-İsrail münasibətləri korlandı, amma yenidən barışdılar. Ərdoğan o qədər rüşvətə bulanmış bir adamdır ki, Türkiyənin başına bəla açır. Yəni oğlunun Mərmərə dənizində gəzən gəmilləri, tankerləri, qızlarının otelləri və s. Hafiz Hacıyev: “Ərdoğan o qədər rüşvətə bulanmış bir adamdır ki, Türkiyənin başına bəla açır”.Türkiyə daxilində barışıq yoxdur. Bu barışıq olmadığına görə də Türkiyəyə böyük bir basqı var. Ərdoğan Türkiyə xalqına həqarət olan üzrü Putindən istəyəndən sonra Qərbin qəzəbinə tuş gəldi. Bildiyimiz kimi dünyanın “Böyük yeddilər” dövlətlərinin sammitində Rusiya yenidən sanksiya qoydular. Həmçinin qeyd olundu ki, Rusiyada nə vaxt demokratiya bərpa olunsa, başqa dövlətlərin ərazilərindən çəkilsələr bundan sonra sanksiyalar ləğv olunacaq. Bu dönəmdə də Türkiyə Rusiyaya biryabırçı jest etdi. Əlbəttə Qərb dövlətləri Türkiyə-Rusiya yaxınlaşmasın istəmədilər və buna görə də Ərdoğanı cəzalandırdılar. Amma gərək Ərdoğanın özün cəzalandıraydılar, çünki burada xalqın günahı yoxdur. Ərdoğan artıq Türkiyəni idarə edə bilmir. Yəni Qərblə Ərdoğan razılaşa bilmir. Çünki Ərdoğan eqoist, ailəsi hakimiyyətdə cəmləşmiş, özü korrupsiyaya bulaşmış prezidentdir. İndi də istəyir ki, parlament respublikadan, prezident respublikasına keçsin . Hətta daxildə də müxalifətnən Ərdoğan arasında böyük ziddiyətlər var. Türk xalqının da 70-80 faizi Ərdoğandan narazıdır. Belə bir narazılıq olanda da prezidentin hakimiyyətdən getməsi labüdləşir. Mən hesab edirəm ki, Qərb dövlətləri Ərdoğanın Rusiyayla barışma jestin ona bağışlamayacaqlar. Hafiz Hacıyev: “Ərdoğanın apardığı səhv sitasət nəticəsində yaxın günlərdə Türkiyədə yenidən terror aktı törədilə bilər”.Bildiyimiz kimi bir vaxtlar Ərdoğan İŞİD-ı maliyələşdirdi və bu günlərdə öz ölkəsində terrorlar görür. Ərdoğanın apardığı səhv sitasət nəticəsində yaxın günlərdə Türkiyədə yenidən terror aktı törədilə bilər. İstanbul terror baş verməmişdən bir gün öncə ABŞ-ın kəşfiyyat orqanları bunu Almaniyaya xəbərdarlıq edibdir. Amma göründüyü kimi heç bir tədbir görülməyib. Demək ki, bu terrorda özlərinin də əli var. Mən hesab edirəm ki, bu hadisələrdən sonra Ərdoğan hakimiyyətdə çox qala bilməyəcək. Ərdoğanın tərcümeyi halında da böyük ziddiyətlər var. O Türkiyəni Atatürk yolundan döndərib istəyir ki, özünün belə məlum olmadığı millətə çevirsin. Ötən gecə İstanbul Hava Limanında törədilən terrorun şübhəli tərəfləri çoxdur. Hesab edirəm ki, yaxın günlərdə bütün məqamların üstü açılacaq və Qərb dövlətləri bundan sonra Ərdoğanın cəzalandırılmasını davam etdirəcəklər. Onu da qeyd edim ki, İstanbul Hava Limanında törədilən terrorda Rusiyanın da əli ola bilər. Bu hallara görə artıq Ərdoğanın hakimiyyətdə qalması mənasızırdır. O istefa verib getsə, daha yaxşı olar”.(pia.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler