Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğan masonların eleyhine pyes yazıb – “MAS-KOM-YAH”

07 Ağustos 2016

3:28 pm


07/08/2016 [19:27]: xeber –
Türkiyədə baş tutmamış 15-16 iyul çevriliş təşəbbüsündən sonra meydana çıxan suallardan biri də dünyadakı hərbi-siyasi və iqtisadi proseslərin idaredicisi kimi tanıdılan masonların qiyamda  əllərinin olub-olmamasıdır. Konspiroloqların çoxu “xaosdan düzənə” prinsipi ilə Yeni Dünya xəritəsi cızmağa çalışan masonların Türkiyənin də xaosa bələnməsində maraqlı olduğunu söyləyir. Və bundan ötrü onların hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı devirmək istəyinin də təbii olduğunu hesab edirlər.  Amma Ərdoğan hakimiyyətdə olduğu son 10-15 il ərzində onun özünün də “masonların adamı” olması barədə iddialar səslənib. Yaddaş “arxivimizi” arayarkən son illər Türkiyədə dar bir çevrədə səslənmiş  çox maraqlı bir informasiyanı yenidən araşdırmağı məqsədəuyğun saydıq.  Beləliklə, türk, rus və ingilisdilli mənbələrə baş vuran moderator.az Ərdoğanın masonlara münasibəti barədə  ilginc bir material ortaya çıxardı. Gəncliyindən rejissorluq və aktyorluq edən Tayyib…Istedadlı natiq, Quran qiraətçisi və şeir həvəskarı kimi tanınan Türkiyə liderinin həm də teatrla bağlı,  yazıçılıq, rejissorluq və aktyorluq qabiliyyətinə malik bir insan olduğunu bəlkə də çoxları bilmir.  Bəlli olur ki, hələ 21 yaşında ikən, yəni 1975-ci ildə Ərdoğan masonlar əleyhinə  bir pyes  yazıb. Baş rolu da özünün  oynadığı dramın adı “Mas-kom-yah” olub.  Bunun çox qəribə açması var: mason- kommunist- yahudi(türk.-S.L.)….   İlk fotoda gördüyünüz dairəyə alınmış şəxs məhz hazırkı Türkiyə prezidenti R.T.Ərdoğandır.Nəcməddin Ərbakanın partiyasının fəalı baş rolda… 1970-ci illərdə futbol klublarında oynamasıyla yanaşı, Ərdoğan eyni zamanda teatr dərnəyinə də rəhbərlik edib. “Mas-kom-yah” tamaşasında baş rolu oynamaq üçün  gənc  Tayyibin tanınmış türk aktyoru Necat Uyğurdan dərs aldığı da məlumdur. Həmin illərdə o, siyasətlə də fəal məşğul idi.  Ərdoğan keçmiş baş nazir, mərhum Nəcməddin Ərbakanın lideri olduğu Milli Səlamət Partiyası(MSP) Bəyoğlu  Gənclər Komitəsinin sədri kimi çalışırdı.  Məhz həmin vaxtlar, 1975-ci ildə gələcək Türkiyə lideri “Mas-kom-yah” pyesinin ssenarisini yazır. 1977-ci ildə isə 23 yaşlı Ərdoğan özü  rejissor və baş rolda olmaqla yaxın dostlarıyla birgə həmin pyesi səhnəyə qoyur. “Bilirsinizmi ki, baş nazir teatr artistidir?..”Hələ Ərdoğan baş nazir olduğu illərdə “Milliyyət” qəzetinin yazarı İsa Tatlıcan “Bilirsinizmi ki, baş nazir teatr artistidir” başlıqlı məqaləsində bu haqda ətraflı məlumat verib. Ərdoğanla birgə “Mas-kom-yah” tamaşasında iştirak eədnlərdən biri  də Bayrampaşa şəhər bələdiyyə başqanı Atilla Aydıner olub. O, Türkiyə prezidentinin aktyorluq etdiyi illəri belə xatırlayır:”1975-ci ildə mən MSP-nin gənclər dərnəyinin üzvü idim. O dövrdə biz fəal, təşəbbüskar gənclər olaraq ölkə siyasətinə təsir göstərməyə çalışırdıq. 1975-ci ildə biz teatr yaratdıq.  Teatrda iştirak edənlərin əksəriyyəti universitet və lisey öyrənçiləri idi. Biz bir köhnə əsər tapdıq. Onun oriqinal adı “Qırmızı caynaq” idi. Kitab 1960-1970-cı illərin universitet həyatını çox yaxşı əks etdirirdi.  Əsərin adını dəyişərək “Mas-kom-yah” qoyduq…   Məşqləri Qazıköydə aparırdıq.  Əsərin qoyuluşunun  da Ərdoğan etdi… Baş nazirin müavini də “Mas-kom-yah”ın tamaşasına gəlir…Türkiyə liderinin köhnə dostu pyesin İstanbulda bir neçə yerdə tamaşaya qoyulduqdan sonra rəğbətlə qarşılandığını söyləyir:”Bundan sonra biz pyesi Rizə, Trabzon və Ankarada da tamaşaya qoyduq.  Ankaradakı “Palas” mədəniyyət evində də oyunumuz uğurlu oldu. Daha sonra bizə rəsmi Ankaradan, o vaxtkı baş nazir müavini Nəcməddin Ərbakandan da dəvət gəldi. Tamaşanı nümayiş etdirdiyimiz bir sərgidəki dəvətlilər arasında tanınmış qonaqlar: Nəcməddin Ərbakan, Hasan Aksay, Şövket Kazan, Oğuzxan Asıltürk də vardı. Tamaşa bitdikdən sonra tamaşaçılar bizi sürəkli alqışladılar. Həmin sərgidə biz “Əqrəb” adlı daha bir  pyesin təqdimatını etdik.  “Mas-kom-yah” pyesini biz uzun illər, 1980-ci il dövlət çevrilişinədək oynadıq… “Mas-kom-yah”da 13 aktyor iştirak edirdi…Ərdoğanın digər səhnə yoldaşı, “Milli qəzet”in reklam şöbəsinin müdiri Xalil Gövde isə “Mas-kom-yah”ın Milli Səlamət Partiyasının gəliri üçün tamaşaya qoyduqlarını söyləyir: “Bu tamaşa  1970-ci illərdə Türkiyədə yaranan sistemə bir etiraz idi. Tamaşada aktyor kimi  13 adam iştirak edirdi. Tayyib bəy(Ərdoğan)  teatrda “İmam xətib” liseyinin şagirdi kimi iştirak edirdi. Biz bu pyesin İstanbul, Ankara və Bəyoğluda təqdimatını keçirdik. İl yarım ərzində 10 dəfə tamaşaya qoyduq. Məqsədimiz partiyaya gəlir gətirmək idi. Biz 13 yoldaş əlimizdəki paraları topladıq  və teatrımız bir ilədək işlədi. O dövrdə bizim ortalama 20 yaşımız var idi. Teatrda tamaşa qoymaq təcrübəmiz yox idi. Ancaq Tayyib bəy öz rolunu oynamaqda elə bir çətinlik hiss etmədi. Biz hətta bir neçə gün Necat Uyğurun yanında dərs keçdik. O, bizə jest və mimikaları düzgün ifadə etməyin yollarını öyrətdi.Avropadan dini, milli əqidəsini itirib dönən gənc…Əsərin süjeti bir ailənin tarixçəsi ilə bağldır. Ayxan bəy adlı bir fabrik müdiri olan ata olur. O, öz  övladını mükəmməl təhsil almaq üçün Avropaya yollayır. Ancaq övladı, nə yazıqlar ki, dini, milli əqidəsindən uzaqlaşaraq avropalıların din və mədəniyyətini qəbul edir. “Mas-kom-yah” zehniyyətləri məhz bu üç sözün(mason, kommunist, yəhudi) sehrində  İslam dini, türk milləti əleyhinə formalaşan gəncləri hədəf alır. Ərdoğan tamaşada həmin əqidəsiz gəncin xoş xasiyyətli qardaşını rolunu ifa edir.Kommunist fəhlələr  yəhudinin başçılığıyla fabrik müdirini linç edirlər…Avropadan qayıdan oğul fabrikdəki bir qrup kommunist əqidəli fəhlələrlə birləşib atasına qarşı üsyan edir. Fəhlələrin başçısı isə müsəlman adıyla işə girə blmiş bir yəhudidir. Həmin yəhudinin fitvasıyla fəhlələr doğma oğlunun da iştirakıyla Ayxan bəyin bütün var-dövlətini əlindən alır, özünü isə linç edirlər. Yəni camaatın gözü önündə nümayişkaranə şəkildə qətlə yetirirlər. Ancaq Ərdoğanın  rolunu ifa etdiyi digər  oğul sonadək bütün bunlara qarşı  çıxır…İslamofobiya da faşizm və sionizm kimi bir insanlıq suçudur…Bu tamaşa Ərdoğanın bir şəxsiyyət və siyasətçi kimi formalaşmasında mühüm rol oynayıb. Və hakimiyyətdə olduğu son illərdə Türkiyə liderinin çıxışlarında “Sionizm, anti-semitizm və faşizm kimi islamofobiya da bir insanlıq suçu sayılmalıdır”  söyləməsi də  o zehniyyətin məhsuludur… Təbii ki, sionizmlə faşizmin eyni sıraya qoyulması ABŞ və BMT tərəfindən sərt qarşılansa da, Türkiyədə kütlələlər tərəfindən alqışlanmışdı…Sultan Laçın 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler