Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ərdoğan Heyder Əliyev nümunesi esasında hereket etdi”

16 Temmuz 2016

9:32 am


16/07/2016 [13:30]: xeber –
Millət vəkili Elman Məmmədov
sayt-a açıqlamasında Türkiyədəki hərbi çevriliş cəhdinə münasibət
bildirib. Millət vəkili bunu 1994-cü ildə Azərbaycanda baş verən olaylarla
müqayisə edib:

“Türkiyədəki olayların Azərbaycana
mənfi təsiri olmayacaq. Türkiyədəki bir qrup hərbçinin dövlət çevrilişinə cəhd
etməsi, türk xalqının türk rəhbərliyi ilə birgə verdiyi təpgi, göstərdiyi dəyanət
Azərbaycan xalqına 1994-cü ili xatırladır. 1994-cü ildə ulu öndərimiz gecəynən
xalqa çağırış etdi və xalq bir nəfər kimi ayağa qalxdı. Bakı küçələrinə çıxdı,
Prezident Aparatının qarşısına yığışdı. O dövrdə Azərbaycanda dövlət çevrilişinə
cəhdi qarşısını ulu öndər öz müdrik siyasəti və xalqın birliyi, xalqın iradəsi
ilə aldı. Ərdoğan sanki nümunə kimi H.Əliyevin bu addımından istifadə etdi. Türk
xalqı dövlətçiliyə sadiqliyini, birliyini ortaya qoydu. Qiyamçıları yerində
oturdu. Biz Azərbaycan olaraq hərbi çevriliş cəhdinin qarşısının alınmasından
sevinirik və qürur duyuruq ki, türk xalqı dövlətçiliyini qorumaq üçün birlik
nümayiş etdirə bildi, xainləri yerində oturtdu”.

 

Seymur Əliyev

 

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler