Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ərdoğan ben Ladenin mehv edilmesine dair mehkeme qerarı ile maraqlanıb

11 Kasım 2016

9:08 pm


12/11/2016 [01:04]: xeber –
Ankara terrorçuları Vaşinqtona təhvil verdiyi kimi, Birləşmiş Ştatlar Fətullah Güləni Türkiyəyə təhvil verməlidir. sayt TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanlına verdiyi müsahibədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ABŞ-a “Fətullahçı terror təşkilatı”nın (FETÖ) rəhbəri olan Fətullah Gülənə dair 85 qutu dosye göndərilib. Türkiyə prezidenti həmçinin qeyd edib ki, zamanında Vaşinqtonda Üsəma ben Ladenin məhv edilməsinə dair qərarın olub-olmamsı ilə maraqlanıb. “Biz onlar istəyən kimi terrorçuları ABŞ-a təhvil veririk, amma təəssüf ki, onlar eyni şeyi etmirlər. Hələ də Gülən Amerikanın müdafiəsi altındadır. Bizə məhkəmə orderinin lazım olduğunu deyirlər. Bəs ben Ladenə məhkəmə orderi var idi?”, – türk lideri soruşub. “Onlar ben Ladenin arxasınca başqa ölkəyə getdilər və onu məhv etdilər, düzdür? Niyə? Çünki o, terrorçudur”, – Ərdoğan deyib. O əlavə edib ki, ABŞ-ın on sorğusundan Türkiyə, demək olar ki, hamısını yerinə yetirib.“Bizim strateji münasibətlərimiz mövcuddur, bu münasibətlərə görə, əgər siz terrorçunu verməyi xahiş edirsinizsə, biz bunu etməliyik. Biz sözümüzü tuturuq. Amma  bu adamlar (FETÖ üzvləri və Türkiyədə axtarışda olan digər ekstremistlər – red.) daima Amerikaya, qərb ölkələrinə gedirlər, onları heç kim bizə təhvil vermir. Bu, düzgün deyil”, – Türkiyə prezidenti qeyd edib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler