Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ər evden qaçan arvadına: “20 neferle intim mesajlaşıb”

20 Haziran 2016

2:08 pm


20/06/2016 [18:05]: xeber –
Məlum olduğu kimi, Samux rayonu Qarayeri qəsəbə sakini Rüstəmova Səmayə Əvəz qızı bir neçə gündür evdən qaçıb.Buna səbəb isə həyat yoldaşı Əhməd Ağayevin (ad şərtidir-red.) onun gizlin telefon işlətdiyini öyrənməsidir.sayt xəbər verir ki, ölkə.az S.Rüstəmovanın həyat yoldaşı Əhməd Ağayevdən müsahibə alıb.- Həyat yoldaşınız evdən nə vaxt qaçıb, uşaqları da özüylə götürübmü, yoxsa tək gedib?- İyunun 13-də uşaqları da götürüb gedib.- Harada olduğundan xəbəriniz var?- Atası anasından boşanıb, anası Bakıdadır. Anası deyir ki, Bakıdadır, amma harada olduğunu bilmirəm.- Övladlarınızın neçə yaşı var?- Birinin altı, digərinin üç yaşı var. – Övladlarınıza görə harasa müraciət etmək fikriniz var?- Samux polisinə müraciət etmişəm.- Sizin neçə yaşınız var?- 31.- Bəs qadının?- 24.- Neçə ildir ailəlisiniz?- Yeddi ildir.- İlk dəfədir belə bir hadisə olur, yoxsa əvvəl də olub?- İlk dəfədir, əvvəl narazılığımız olmayıb.- Davanız olmuşdu?- Səbəb odur ki, telefon tutdum, mesajları oxudum. Yazırdılar ki, yoldaşından boşan, səni saxlayacağam.- İndi həmin telefon sizdədir?- Xeyr, polisdədir.- İntim xarakterli mesajlar idi?- Bəli, var idi. Biri deyir gəl səni saxlayım… Ər arvadına yazmayacaq şeylər yazmışdılar.- Fotolar da göndərmişdilər?- Sadə telefondur, şəkil çəkmir. Mesajlar və zənglərdir.- Sizcə mesajlaşdığı şəxslərlə başqa münasibəti də olub?- Onu deyə bilmərəm.- Siz özünüz nə işlə məşğulsunuz?- Fəhləyəm.- Bəs qadın?- O işləmirdi, fəhləliklə ailəmi dolandırırdım.- Əvvəldən qohum olmusunuz?- Xeyr, qohumum deyildi, kəndçimiz idi.- Sizə qarşı münasibətinin soyuq olduğunu hiss etmişdiniz?- Axır vaxtlar deyirdi ki, gəl boşanaq, mən gedim. Bu sözü tez-tez deyirdi. Bakıya getmək istəyirdi.- Telefonu tutandan sonra onu vurdunuz?- Yox, istədi əlimdən alsın, götürdüm qaçdım, çata bilmədi. Amma vurmadım.- Hadisədən sonra yaxınlarıyla danışmısınız?- Atasına da dedik, anasına da zəng elədik. Nəsillərində hamı bilir ki, telefon tutulduğu üçün qaçıb. Atası dedi ki, buralarda onu tutsam, maşının dalına qoşub sürüyəcəyəm. Ona görə də qaçdı.- Son zamanlar geyim-keçimində, davranışlarında dəyişiklik hiss edirdiniz?- Əvvəl normal idi, sonradan nə deyirdimsə, etiraz edirdi. Deyirdim filan yerə getmə, deyirdi, gedəcəyəm, xoşun gəlmir, boşan.- Övladlarınızı həyat yoldaşınızdan almaq fikriniz var?- Əlbəttə, övladlarıma sahib çıxıram. Amma onunla barışmaq söhbəti ola bilməz. Mümkün deyil.- Telefonda bir adamla yazışırmış?- Polis də baxdı, dedi ki, bu, iyirmi nəfərlə yazışıb, mesajları var. Mesajlarda intim söhbətlər var idi.- Son olaraq, uşaqlarınızın anasına nə sözünüz varsa, buyurun.- Nə sözüm olacaq? Haram olsun ona.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler