Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ən tehlükelisi binaların şollar su kemerinin üzerinde tikilmesidir” – Masazır sakinlerinden şikayet

28 Haziran 2016

9:48 am


28/06/2016 [13:44]: xeber –

sayta Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsinin bir qrup sakinləri tərəfindən şikayət məktubu daxil
olub. Məktubu olduğu kimi təqdim edirik:

“Biz Masazır kəndinin köklü sakinləriyik və kəndin
mərkəzində həyət evlərində yaşayırıq. “Qəsr” Mənzil-Tikinti Kooperativi 2014-cü
ildən Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində Əliağa Vahid heykəlinin
qarşısında yolun kənarında ətrafı kənd yaşayış sahələri ilə əhatələnmiş təxminən
0.60 ha torpaq sahəsində hündürmərtəbəli yaşayış kompleksi tikir. Tikinti işləri
bizim təhlükəsizlik, sağlamlıq və mühafizəmiz üçün ciddi risklər yaradır.

Belə ki, binanın yaşayış sahələrinə yaxın, bir neçə
qonşu ilə isə bitişik tikilməsi ən böyük təhlükə mənbəyidir. Külək əsən zaman
istifadə olunan tikinti materiallarının tozu və qırıntıları həyətlərimizə
tökülür, küləkli havada pompa nasosu ilə beton vurarkən sementli məhlul
evimizin pəncərlərini çirkləndirir. Görülən işlərin səsi-küyü evimizin içində
belə bizi narahat edir. İstirahət günlərində gecələr də daxil olmaqla tikinti
işləri aparılır və həmin günlərdə də səs-küy arası kəsilmədən davam edir. Tikinti
işlərinin aparılması zamanı tikilməkdə olan binadan həyətlərimizə təhlükə
yaradan tikinti materialları, ləvazimatları düşür. Mərtəbələr ucaldıqca hər an
binadan başımıza tikinti materialı, daş-kəsək, xətər yetirən digər əşyalar düşə
bilər. Həmçinin küləkli havada bu risk daha da artır.

Məlumat üçün bildirim ki, aparılan tikinti işləri
zaman iri texnikiların evlərimizə gələn dar yolun üzərində dayanmaları hərəkəti
məhdudlaşdırır. Məsələn, avtomobillə evdən çıxan və evə gələn zaman beton tökən
maşınların yolu kəsməsi ilə əlaqədar olaraq dəfələrlə hərəkət dayanmış və
avtomobili qoyub evə piyada getməyə və ya evdən piyada çıxmağa məcbur qalmışıq.
Tikinti işlərini aparmaq üçün istifadə olunan maşın-mexanizmlərin dayanması
üçün yerlər nəzərdə tutulmamışdır.

Masazırda kanalizasiya sistemi olmadığına görə
onlar kanalizasiya borularını kəndin kustar üsullu kanalizasiyasına birləşdiriblər.
Üstü açıq kanalizasiyaya birləşdirilən 3 binanın kanalizasiyası kəndin ekoloji
durumuna çox ciddi təsir göstərmiş olacaq. Ən pisi isə budur ki həmin
kanalizasiya suları Masazır duz gölünə axıdılır. Bu isə dövlət səviyyəsində
mühafizə olunan Masazır duz gölünün çirkaba məruz qalması deməkdir.

14 mərtəbəli binanın fasadı şimal küləyinə (xəzri)
qarşı tikildiyinə görə küləyin istiqaməti dəyişib yaxın həyətlərə böyük təzyiqli
dağıdıcı qüvvəyə malik hava axını yönəldir və fəsadlar törədir. Bu müddət ərzində
tərəfimizdən tikinti şirkətinə inşaat işlərinin şəhərsalma və tikinti
qaydalarına əməl etməklə aparılması barədə dəfələrlə şifahi şəkildə
narazılıqlar və şikayətlər bildirilmişdir.

Bildiyiniz ki, Abşeron yarımadasının su ilə təminatında
müstəsna rol oynayan Şollar su kəməri Masazır kəndindən keçir. Mövcud tikinti
normalarına əsasən iri su kəmərlərinin üzərində tikinti işləri aparıla bilməz.
BÜTÜN BU PROBLEMLƏRDƏN TƏHLÜKƏLİSİ İSƏ BİNALARIN ŞOLLAR SU KƏMƏRİNİN ÜZƏRİNDƏ
TİKİLMƏSİDİR. Əldə etdiyimiz dəqiq məlumata görə tikinti aparılan zaman kəmər zədələnib.
Hətta binanın altından su sızır. Vəziyyət çox kritik həddə çatıb. Hər an kəmərdə
fövqəlada hadisə baş verə bilər. Bu isə Bakı şəhərinin su təminatında böyük
problemlər yarada bilər.

74 dörd nəfər Masazır sakini artıq bu barədə Fövqəlada
Hallar Nazirliyinə şikayət edib.

Şikayətçilərin əlaqə telefonları:

050 625 06 83

050 270 85 88”

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler