Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ən deyerli hediyyeni qızlarımdan almışam”

02 Kasım 2016

3:20 pm


02/11/2016 [19:19]: xeber –
Bu gün ustad jurnalist, professor Qulu Məhərrəmlinin doğum günüdür. Ömrünün 61-ci ilini qeyd edən Q.Məhərrəmli bu günkü duyğularını sayt-la bölüşüb.Dəyərli ustad bu gün aldığı təbriklərin çoxluğundan sıxıntı yaşadığını bildirib: “Çox umacaqlı adam olmadığım üçün heç kimdən də xüsusi təbrik ummuram, heç vaxt xüsusi bir təbrik gözləntim olmayıb. Amma dostlar, yaxın insanlar diqqət göstərəndə təbii ki, mənə xoş olur. Feysbukun sayəsində bu gün təbriklər həddindən artıq çox oldu. Sözün düzü, bu, məndə bir qədər sıxıntı yaratdı. Baxıram ki, feysbuk çox təhlükəlidir. Diqqət çox olanda da insanda bir qədər sıxıntı yaradır”.Professor indiyə qədər aldığı ən dəyərli hədiyyə haqqında da danışıb: “50 yaşım tamam olanda qızlarım ikisi bir yerdə mənimçün xüsusi olaraq bir şəkil çəkmişdilər. Xüsusi rənglərlə işləmişdilər, müxtəlif dillərdə yazılar yazmışdılar, ulduzun doğulmasını əks etdirmişdilər. Bilmirəm yumorun qoyuluşu yaxşıydı, ya onların birgə çalışmasının bəhrəsi idi deyə o hədiyyə mənə çox xoş olmuşdu. O qədər gözəl təsvir yaratmışdılar ki, indi də yadıma düşəndə dodaqlarım qaçır, üzümə təbəssüm qonur.”Qulu Məhərrəmli “Bu gün özünüzə nə arzu edirsiniz?” sualımızı da həmişəki kimi özünə məxsus şəkildə cavablandırıb: “Sakit, rahat yaşayış olsun, insanların gülər üzünü görüm, problemləri az olsun. Mənə yaxın olan, hətta yaxın olmayan insanları belə xoşbəxt, məsud görüm. İstəyim budur ancaq”. sayt kollektivi olaraq biz də Azərbaycan jurnalistikası tarixinə adını qızıl hərflərlə yazdırmağı bacarmış dəyərli ustadımızın doğum gününü təbrik edirik. Öz doğum günündə də başqalarına gülər üz, xoşbəxtlik arzulayan Qulu müəllimə həyatın bütün gözəlliklərini arzulayırıq. Ustad, Tanrı sizə can sağlığı və uzun ömür versin! Rumiyyə MİRASLAN


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler