Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ən böyü ayıbımız odur ki…” – Mikayıl Cabbarova sert ittiham…

06 Temmuz 2016

9:12 am


06/07/2016 [13:10]: xeber –
Bu günkü müsahibəmiz gözdən əlilliyi olan şəxslərin təhsili bağlıdır. Onların təhsil sahəsindəki problemi, vəsaitlərin olub-olmamağı və digər məsələlər ətrafında söhbət etdik.- Bəybala müəllim, buyurun əvvəlcə özünüzü təqdim edin və son zamanlar əlillər üçün yaradılmış şəraitlə bağlı qısa məlumat verin.- Mən “Braille texnik Azərbaycan” şirkətinin direktoru kimi uzun müddət kor və zəif görən uşaqlar üçün  orta məktəbin riyaziyyat müəllimi işləmişəm. İndi hazırda görmə üzrə əlilliyi olan uşaqlar üçü 5 nömrəli xüsusi məktəbdə dərs deyirəm. 10 ilə yaxın Azərbaycan Gözdən əlillər cəmiyyətində vitse prezident olmuşam. 2 il İCV görmə üzrə əlilliyi olan uşaqlara beynəlxalq dəstək  təşkilatının Azərbaycan personasının təmsilçisi olmuşam. 10 ilə yaxın da Böyük Britaniyanın “Oxon” təşkilatının əlillik proqramlarının vəkillik üzrə məsul işçisi olmuşam. Və bir çox beynəlxalq dərəcəli diplomlara layiq görülmüşəm. Əlillik üzrə mütəxəssis olaraq əsas sahəmiz təhsil sahəsidir. Mən özüm BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişəm. Əsas sahəm də əlilliyin yaratdığı maneələrin aradan qaldırılması üçün texnologiyaların tədqiqi ilə məşğul olmaqdır. Bu sahəyə sonradan işləyib nail olmuşam. Bunun üçün çoxlu ölkələr gəzdik. İspaniya, İsveç, Almaniya, İrlandiya, Türkiyə, Rusiya və s. ölkələrin təcrübələrin öyrəndik. 2005-ci ildən ölkəmizdə səsli proqramlar smartfon telefonları üçün tətbiq olunmağa başladı. O zaman bu telefonların simbian modelləri var idi. Həmçinin kompüter sistemləri üçün də də biz səsli proqramların milli versiyaları üzərində işləməyə başladıq.- Əlillər üçün xüsusi orta məktəb nə vaxtdan yaranıb?- Orta məktəb Azərbaycanda sovetlər dönəminə təsadüf edir. İlk dəfə 1936-cı ildə yaradılıb. Bu məktəbdən çoxlu məzunlar olub, hansı ki, elmi dərəcələr əldə ediblər. 15-ə yaxın elmlər namizədi, 1 nəfər elmlər doktoru olub. Hazırda ölkənin ali təhsil müəssisələrində səhv etmirəmsə 42 nəfər fiziki məhdudiyyətli uşaq təhil alır.- Hansı universitetlərdə daha çox görmə əlilliyi olan tələbə oxuyur?- Ən çox BDU-da 11 tələbəmiz var, Mədəniiyət və İncəsənətdə və regionlardakı universitetlərdə əlillik dərəcəsi olan tələbələrimiz təhsil alırlar.- Ən çox seçdikləri ixtisaslar hansılar olur?- Əsasən görmə üzrə əlilliyi olan gənclərimizin daha çox adaptasiya ola biləcəyi, yəni əlçatan ola biləcəyi sahələr humanitar sahələrdi. Tarix fakültəsində, hüquqa meyllilik , oxudur, amma orda vakansiyaya tələblər imkan vermir. Jurnalistikaya maraq çoxdur. Əlilliyin özü necə deyərlər fiziki məhdudiyyətdir. Əqli deyil. Gözdən əliliiyi olan insanlar üçün texnologiyaların tətbiqi zəruri məsələdir. Ancaq buna gərək dövlətin dəstəyi ola. Sistemin özünün innovativ yanaşmaları olmalıdır. Yenilikçi bir düşüncə gəlməlidir.- Təhsildə hansı problemlər sizi narahat edir?- Təhsildə çox böyük problemlər var. Sizə dediyim kimi mən hazırda Xəzər universitetinin “Tempus” layihəsi üzərində çalışıram. Əlilliyi olan tələbələrin təhsilə inteqrasiya mərkəzlərinin yaradılması layihəsidir. Avropa Birliyi komissiyası tərəfindən maliyyələşdirilir. Bu ilin dekabrında başa çatmalıdır. Layihəyə qoşulan universitetlər dediyim kimi Xəzər universitetidir, İqtisad, Lənkəran, Gəncə, Naxçıvan və Sumqayıt dövlət universitetləridir. Bu universitetlərdə əlilliyi olan tələbələr üçün lazımi şərait yaradılıb. Yalnız bu altı universitetdə imkanlar var. Ancaq təəssüflər olsun ki, istər Misir Mərdanovun dönəmində, istərsə də Mikayıl Cabbarovun dönəmində dövlət vəsaiti ilə universitetlərdə, kolleclərdə şərait yaratmaq üçün heç bir vəsait ayrılmadı. Əlillərə təhsil vermək üçün kadr hazırlanması, əlillərin özündən gələcək kadrların hazırlanması üçün dövlət bu günə kimi bir qəpik də pul ayırmayıb. Bu bizim ayıbımızdır. Əgər sağlam insanlar təhsil ala bilirsə, əlillər ala bilmirsə, demək cəmiyyətdə bu münasibətlərdə diskriminasiya var. Təhsil Nazirliyi bu məslələrdə çox passivdir.- Bəs əlilliyi olan tələbələr oxuduqları sahələr üzrə məzun olduqdan sonra işlə təmin oluna bilirlərmi?- Gözəl sual verdiniz. İstənilən qurumlarda bu mövzuda maneələr var. Təkcə ƏƏSMN və Mədəniyyət və Turizm nazirliklərində həqiqətən əlilliyi olan şəxslərə mümkün işlərə qəbul olunması üçün yardım edirlər. Amma Təhsil Nazirliyi çox biabırçı münasibətlər göstərib. Mən eşitmişəm keçən il, bizim görmə əlilliyi olan uşaqlar üçün Respublika orta internat məktəbinin müəllimlərini diaqnostik qiymətləndirmədən yayındırıblar. Onların şəxsiyyətinə toxunacaq hərəkətlər ediblər. Mütləq sistem əlilliyi olan şəxslərin özlərini rahat hiss etmələri üçün uyğunlaşdırılmalıdır. Təhsil Nazirliyinin bu sahədə nə tədqiqat mərkəzi var, baxmayaraq ki, Təhsil Problemləri İnstitutu var. Amma əlilliyin yarada biləcəyi fəsadları aradan qaldıracaq heç bir iş görülmür. Təsəvvür edin ən böyü ayıbımız odur ki, Azərbaycan Respublikasının “Braille” əlifbası haqqında qanunu yoxdur. “Braille” gözdən əlilliyi olan şəxslər üçün beynəlxalq səviyyədə qəbul edilmiş əlifbadır. Bilirsiniz ki, 1993-cü ildən bizdə latın əlifbasına keçirildi. Və latın qrafikasının “Braille” əlifbasını qəbul edilməsi haqda Azərbaycanda qanun qəbul olunmayıb. Çox böyük problemlər olur. Məsələn, prezident fərman verir 50 cildlik bir kitab oxucular üçün hazırlansın və bunun üçün maliyyə ayrılır. Amma “Braille” əlifbasına nəzər yetirilmir. Çünki belə qanun yoxdur. Yəni ki, gözdən əlillər dövlət sifarişli kitablardan da məhrum edilirlər. Təhsildə ən böyük problemlərdən biri hələ də bu barədə konsepsiyanın olmamasıdır. Əlilliyi olan şəxslərin al təhsil alması, ali təhsil üçün ödənişdən azad olunması, onların məşğulluq problemlərinə dair bir ümumiləşdirilmiş strateji konsepsiya olmalıdır ki, bunlar özlədi sosial-iqtisadi inkişafa nail oal bilsin.- Qarşıda hansı universitetlərdə bu şəraitin yaradılmasını gözləyirsiniz və bu proses gedirmi?- Təbii ki,bu proses dediyim kimi 6 universitetdədir.Amam bizim ən çox tələbələrimiz olur BDU-da.Lider universitetdir,1919-cu ildə yaradılmasına və ən çox görmə üzrə əlilliyi olan tələbələrin oxumasına baxmayaraq orada heç bir şərait yoxdur.Bütün dərslikləri Lomonosov adına Moskva universitetindən alırdıq.Bu çox pis haldır ki,universitetlər əlilliyi olan insanlar üçün açıq deyil.Bu da ondan qaynaqlanır ki,nazirlik özü bu məsələyə biganədir.Hesab edirəm ki,nazirlikdə buna maneəli bir yanaşma var.Mən özüm yaxınlarda Təhsil nazirliyinə getmişdim.Təsəvvür edin ki,insan resursları departamentinin üzrə şöbə müdirinin qəbuluna düşmək üçü ndedilər 3 həftə gözləmək lazımdır.Yəni fərdi problemini həll etmək istəyən bir insan bu qədər bariellərdən aşıb bir problemi həll etmək çün aylarla illərlə vaxt sərf etməlidir.Ölkədə əlilliyi olan şəxslərdən gələcək kadrlar hazırlanması üçün heç bir vəsait yoxdur.kadr hazırlığı məsələsi ölkədə yoxdur,sıfır dərəcədədir.Təhsil nazirliyinə müraciət edəndə də deyirlər ki,saytla müraciət edin.Deyriəm axı sizin saytda görmə əlilliyi olan şəxslər üçün imkanlar yoxdur.Saytlar bərabərhüquqlu olmalıdır.- Azərbaycan dünya ölkələri siyahısında neçənci yerdədir əlillərə qayğıya görə?- Azərbaycan mən deyərdim ki, həm əlilliyi olan şəxslərin məşğulluğu məsələləri, həm ali təhsilin verilməsi məsələləri, həm belə deyək də faiz etibarilə uşaq və gənclərin təhsilə cəlb olunlamaları nöqteyi nəzərindən çox axırıncı yerdədir. Çünki təsəvvür edin ki, ölkəmizdə əlilliyi olan uşaqların cəmi 15%-ə qədəri orta təhsil və yaxud da ki, məktəbəqədər təhsil müəssisələrinə cəlb ediliblər.Mehman Nəbiyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler