Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Əmlak kral”ı Vidadi Zeynalovun imperiyası -Üzerine hebs qoyulanlar onların yalnız bir qismidir

08 Kasım 2016

7:08 am


08/11/2016 [11:07]: xeber –
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalovun və digərlərinin məhkəməsi başlayacaq. Məhkəməyə göndərilən 517 cildlik cinayət işində 205 şahid qeydə alınıb. Cinayət işi üzrə 11 təqsirləndirilən şəxs, 1 zərərçəkmiş şəxsin nümayəndəsi, 1 nəfər isə mülki iddiaçının nümayəndəsi var. Zərərçəkmiş kimi Maliyyə Nazirliyi də tanınıb. Məhkəmə  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə  keçiriləcək. Məhkəmə ərəfəsində məlum olub ki, “rabitə çetesi”nin  əmlaklarına həbs qoyulub. “Report”un məlumatına görə, bu sırada nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş rəhbəri Beytulla Hüseynov, “Optik Qurğular” İdarəsinin sabiq rəisi Namazəli Məmmədov, “Rabitə Mülki Tikinti” MMC-lərinin keçmiş direktoru Emin Məmmədov və “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun adı var.Məhkəmə onların milyonlarla manat dəyəri olan əmlak və mülklərinə həbs qoyub. Belə ki, məhkəmə B.Hüseynovun 50-yə yaxın əmlakı, “əmlak  kralı” V.Zeynalovun isə 60-dan çox mülkü,  Bakı şəhəri, Xocalı prospektində yerləşən 1,5 milyon manat dəyəri olan mənzili, Nərimanov rayonu ərazisində yerləşən 10 milyon manatdan artıq qiyməti olan evi və paytaxtın müxtəlif ərazilərində olan 8 mənzili barəsində həbs qərarı çıxarıb.Bundan başqa, V.Zeynalovun həyat yoldaşı, oğlu, qızı və onun bacısının adına Qəbələ, Yevlax, İsmayıllı, Lənkəran, Sabirabad və Şamaxı rayonlarında hektarlarla torpaq sahələri, Bakı və digər rayonlarda 10-dan çox obyektlər mövcuddur. Məhkəmə həmin torpaq sahələri, obyektləri və Şamaxı rayonu ərazisində yerləşən 2 milyon manat dəyəri olan hotelinə həbs qoyub. 10 il ərzində yüksək post tutan  V.Zeynalov əslində sabiq nazir Əli Abbasovun deyil, keçmiş təhsil naziri  Misir Mərdanovun kadrıdır. Belə ki, Əli Abbasov İqtisad Universitetinin rektoru olanda prorektor vəzifəsinə Vidadi Zeynalovu məhz o zaman təhsil naziri işləyən M.Mərdanov təyin edib. Məlumata görə, bu təyinata qədər V.Zeynalov  işsiz olub.  V.Zeynalov  Ə.Abbasov nazir təyin edildikdən sonra aparat rəhbəri olub və   10 il ərzində göründüyü kimi, özünə böyük bir imperiya qurub. İddia olunur ki, indi həbs qoyulan əmlaklar bunların yalnız bir qismidir.  Vidadi Zeynalovun milyonlarla manat vəsaitini xaricə saxladığına dair də iddialar var. Məlumatlara görə, keçmiş aparat rəhbəri rabitə sahəsində yığdığı pulların bir qismini xaricdəki bank hesablarına yatırıb. Bir qisminə isə Türkiyə də daxil olmaqla, bəzi Avropa ölkələrində əmlak alıb. Vidadi Zeynalovun və hazırda  məhkəməsini gözləyən digər vəzifəlilərin dövlətə vurduqları zərəri ödəməkdən imtina etdikləri barədə məlumatlar var.  Qeyd edək ki, Vidadi Zeynalov 2015-ci ilin noyabrında saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinir.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler