Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əmeliyyata gelen cerrah serxoş çıxdı: -Xeste öldü

23 Ağustos 2016

12:52 pm


23/08/2016 [16:49]: xeber –
Bakı Sağlamlıq Mərkəzində misli görünməmiş həkim məsuliyyətsizliyi ucbatından xəstə dünyasını dəyişib. Mərhumun qızı İrina Zotova öz Feysbuk səhifəsində atasının başına gətirilən müsibətdən yazıb. İrina xanımın sözlərinə görə, 19 avqust 14.50-də atası qarnının aşağı nahiyəsində yaranan dözülməz ağrılar səbəbindən təcili yardım maşını ilə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya bölümünə aparılıb: “Atamı müayinə edən həkim ona diaqnoz qoymaqda çətinlik çəkdi. Saat 14.50-də xəstəxanaya çatdırılmasına baxmayaraq, bu saatda ona diaqnoz qoyacaq bir həkim tapılmadı. Xəstəxanada kompüter tomoqrafiyasını, rentgeni, UZİ-ni edə biləcək mütəxəssislər işdə yox idi. Buna görə də sözügedən proseslərin həyata keçirilməsi sabaha ertələndi. Bu, hələ ən dəhşətlisi deyil. Atamı əməliyyat etmək üçün çağırılan cərrah xəstəxanaya sərxoş vəziyyətdə gəldi. Özü də yüngül yox, əməlli-başlı sərxoş! O, ilk cəhdlə öz kreslosuna əyləşə bilmədi, bizimlə danışarkən çəkdiyi siqareti belə ilk dəfədən ağzına qoya bilmirdi. O, hətta öz baxışlarını bizə fokuslandırmağı bacarmırdı. Cərrahın nə vəziyyətdə olduğunu görən bacım onun toydan gəlib-gəlmədiyini soruşanda həkim belə cavab verdi: “Bu gün cümə günüdür. Bu, mənim haqqımdır!” Bundan sonra həkimdən soruşdum ki, əməliyyat etmək üçün 4 saatdan artıq gözlədiyimiz həkim odurmu? Sərxoş cərrah təsdiqlədi. Mənsə dözməyərək “siz ki sərxoşsuz!” dedim. Bundan sonra həkim Elçin Əzizov bizi təhqir etməyə, söyməyə və xəstəxanadan qovmağa başladı. Onu qeyd edim ki, atama qan analizindən başqa heç bir müayinə edilmədi. UZİ-ni fərdi şəkildə reanimasiya şöbəsinə yalnız 20.00-da gətirməyə müvəffəq oldum və bunun üçün 60 manat ödədim. Rentgen də eyni vaxtda edildi. Rentgen edərkən kritik vəziyyətdə olan xəstəni ayaq üstə qaldırdılar. “Yıxılmazmı” deyə, soruşanda, bizə “onda tutun, yıxılmasın”, – dedilər. Bundan sonra bacımla ikimiz atamı ayaq üstə tutub saxladıq. Rentgeni iki dəfə etdilər. Yeni olmasına baxmayaraq, xəstəxanada mənə və bacıma verməyə bir xələt tapılmadı. Elçin Əzizovu sərxoş olduğuna inandırmaq və başqa həkimin əməliyyatı keçirməsinə icazə ala bilmək üçün hadisə yerinə polis, xəstəxananın bütün cərrahiyyə şöbəsi gəldi. Əməliyyat bir gün sonra, ayın 20-si 00.15-də başladı. Elçini xəstəxanaya növbətçi cərrah Esmira Mahmudova çağırdı. O, dəfələrlə həkimə zəng vuraraq gəlməyini xahiş etdi. Esmira xanım danışarkən doktor Elçinin sərxoş olduğunu hiss etməyibmi? Yoxsa sərxoş halda əməliyyata girmək bu xəstəxanada artıq normal hal hesab olunur? Bizi 4 saat sərxoş cərraha görə gözlədən Esmira Mahmudova bu zaman ərzində bizi inandırmağa çalışdı ki, Elçin ən yaxşı cərrahlardan biridir. Həkimin sərxoş halda liftdən çıxması, köməkçisinin yeriyə bilməyən cərrahına yardım etməsi nəzarət kameraları tərəfindən lentə alınıb. Bunu sübuta yetirmək mümkündür. Mən polisə zəng vurub sərxoş cərrah haqda şikayət edəndə Esmira xanım öz mülayimliyini kənara qoyub üstümüzə şığıdı. Bizi söyməyə, təhqir etməyə və xəstəxanadan qovmağa başladı. Onlar xəstəxananın mühafizəçilərinə bizi xəstəxanadan çıxarmağı əmr etdi. Mühafizəçilər isə – onlara tərbiyə verən valideynlərə minnətdarlığımı bildirirəm – onların əmrini yerinə yetirmədilər. Elçin doktor bizə dedi ki, narahatlığımızı başa düşmür, atamızın 18 yox, 67 yaşı var. Bacım 3 saat ardıcıl olaraq 102-yə zəng edirdi… Bakı Sağlamlıq Mərkəzinin cərrahı Elçin Əzizov isə  həmin gün sərxoş olduğu barədə ittihamı qəbul etməyib: “İrina xanım (mərhumun qızı) yaşadığı stress səbəbindən belə sözlər yazıb”.(Axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler