Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əmekdaşlarından general Arzu Rehimova ŞİKAYƏT

31 Ağustos 2016

8:20 am


31/08/2016 [12:19]: xeber –
Göyçay rayonu Nizami küçəsi döngə 2 ev 11 sakini Novruzov Rasim Əlövsət oğlu tərəfindən                               Şikayət  Ərizəsi  Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin zabit əməkdaşları Röyal Musayev və Nuri Əzizov vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənə və oğlumun avtomobilinə vurduqları zərəri ödəmək istəmirlər. Belə ki, 20 avqust 2016-cı il tarixində İsmayıllı-Göyçay magistral yolunda oğlum Kmrana məxsus VAZ-21099 markalı 10 DJ 904 nömrə nişanlı avtomobillə saatda 50 km sürətlə gedən zaman yolun tən ortasında dayanmış “Priora” markalı avtomobili ötüb keçmək istəyən zaman qəfil yolumuza çıxdı və nəticədə avtomobil qəzası baş verdi. Həmin avtomob Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşı Nuri Əzizova məxsus  olsa da iş yodaşı hərbi zabit Röyal Musayev idarə edirdi. Avtomobil qəzası nəticəsində xəsarət almışam. Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İsmayılı rayon şöbəsinin əməkdaşları Röyal Musayev və Nuri Əzizov bizə qarşı kobudluq edib “hara istəyirsiniz gedin şikayət edin, biz hərbiçiyik” deməklə əslində zabit şərəfini heçə endiriblər. Mən çox təssüf edirəm ki, Azərbaycan Respublikasında hərbçi adına xələl gətirən belə zabitlər var.Hərbçi zabit mədəni, nəzakətli, nizam-intizamlı və diqqətli olmalıdır. Röyal Musayev və Nuri Əzizov əxlaqdan kənar, etik davranış qaydalarına əməl etməyən hərbçi adına ləkə olan şəxslərdir. Mən inanıram ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rəisi cənab Arzu Rzayev bu şikayəti obyektiv araşdırıb məsuliyyətsiz əməkdaşları barədə qanunu tədbirlər görəcək. Bu məsuliyyətsiz şəxslərin kobud rəftarları. tərbiyyəsiz hərəkətləri məni sarsıdıb. Mən mətbuat vasitəsi ilə  Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rəisi cənab Arzu Rəhimova müraciət edirəm. Sizdən çox-çox xahiş edirəm nizam-intizamdan, etik davranışdan, məsuliyyətdən kənar olan  Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İsmayılı rayon şöbəsinin əməkdaşları Röyal Musayev və Nuri Əzizovun barəsində qanunu tədbirlər görəsiniz. Mən bu məsuliyyətsiz hərbiçlər barədə Sizə şikayət ərizəsi də göndərmişəm.Əlaqə telefonu; (055)  615-70-52


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler