Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əmekdar artist: Toyum olmamış, gelin köçdüm – VİDEO

28 Eylül 2016

12:44 pm


28/09/2016 [16:42]: xeber –
ARB TV-nin “Gəlin danışaq” verilişinə bu dəfə Əməkdar artist Gülüstan Əliyeva qonaq olub. sayt-ın axşam.az-a istinadla məlumatına görə, müğənni ailə həyatı qurması ilə bağlı xatirələrini bölüşüb.“Həyat yoldaşım yaşadığı bölgədə çox tanınan insan idi. Nəsli Zahidin (həyat yoldaşı – red.) toyunu səbirsizliklə gözləyirdi. Qız toyumun bitməsinə az qalmış oğlan tərəfi dedi ki, biz artıq gəlinimizi aparırıq. Araya çaxnaşma düşdü. Qardaşım küsdü, anam ağladı. Çünki onlar bizə məni aparacaqlarını deməmişdilər. Sonunda bizimkiləri razı sala bildilər. Getdim gördüm ki, artıq onlar toy hazırlıqlarına başlayıblar. 3 mağar qurmuşdular: biri kənd camaatı, biri rayon, digəri isə Bakıdan gələnlər üçün. Böyük, təntənəli toy oldu. Anam düşünüb ki, bazar günü toydur, biz də 2-ci gün gedib Gülüstanı görərik. Anamgil toyun ikinci günü bizə gəldilər. Həyətə girən kimi qayınanam bizimkilərin qabağına çıxıb deyib ki, “nəyə gəlmisiniz, biz artıq toyumuzu etmişik”. O gözəl toydan video, foto, heç nə yoxdur”.G.Əliyeva həyat yoldaşının şəhid olmasından danışıb və göz yaşlarını saxlaya bilməyib:“Ailə qurmağımdan 11 ay keçmişdi, oğlum doğulmuşdu. Yoldaşım polis rəisi idi, minaya düşdü və şəhid oldu. Düşmənlər onu izləyirdilər ki, aradan götürsünlər. Axırda istəklərinə nail oldular”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler