Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əmekdar artist ölke başçısına müraciet etdi

22 Haziran 2016

4:44 pm


22/06/2016 [20:40]: xeber –
Azərbaycan və Dağıstan Respublikalarının əməkdar artisti Şərbət Rzaquliyev sayt – a ünvanladığı məktubunda prezident İlham Əliyevə müraciət edib.Müraciətdə deyilir:Hörmətli cənab prezident!Yazıb sizə bildirmək istəyirəm ki, mən Şərbət Rzaquliyev 1976 – cı ildə Maxaçqala orta ixtisas musiqi texnikomunu və 1981 – ci ildə Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirmişəm. 1983 – cü ildə nəfəs alətləri ifaçılarının beynəlxalq müsabiqəsinin laureatı olmuş və dünyada ilk dəfə “Büllur Klarnet” aləti ilə mükafatlandırılaraq qalib virtouz ifaçı adına layiq görülmüşəm. 1991 – ci ildə isə dövlət ixtisas Komissiyası tərəfindən ali kateqoriyalı solist adına layiq görülmüşəm. Azərbaycan və Dağıstan Respublikalarının əməkdar artistiyəm.Qırx illik əmək fəaliyyətim dövründə dəfələrlə Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin, Həmkarlar Kofedrasının, Dağıstan və Naxçıvan Respublikalarının fəxri fərmanları ilə təltif edilmişəm.Uzun illərdir ki, Azərbaycan və Dağıstan dostluq cəmiyyəti Prezidentinin köməkçisiyəm və iki xalq arasında dostluq körpüsü yaradanlardan biriyəm. Azərbaycanın tanınmış siyasi xadimi Əziz Əliyevin Maxaçqalada heykəlinin və Xaçmazda muzeyin açılışında fəal iştirakım olub.Hörmətli cənab prezident!Milli azlıq nümayəndəsi olmağıma baxmayaraq, Azərbaycan vətəndaşı olduğum üçün fəxr edirəm. Uzun illər boyu respublikamızın mədəni – ictimai həyatında fəal ifaçılıq sənətim və pedaqoji fəaliyyətimlə Azərbaycan xalq və klassik musiqisini geniş təbliğ etmişəm. Ömür vəfa edərsə, bundan sonra da fəaliyyətimə davam edəcəyəm.Hörmətli cənab prezident!Sizdən xahişim odur ki, mənim avqust ayında 65 yaşımın və əmək fəaliyyətimin 40 ilinin tamam olması münasibəti ilə əldə etdiyim naliyyətlərimi nəzərə alaraq mənə “Xalq artisti” adı və ya prezident təqaütü verilməsi üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Öncədən sizə özüm və ailəm adından minnətdarlığımı bildirirəm.Tel: 050 – 349 – 87 – 61




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler