Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əmekdar artist 5 qaydanı birden pozdu, bölmeye çağırıldı – Video

23 Ekim 2016

9:12 am


23/10/2016 [13:11]: xeber –
Əməkdar artist Səlim Abbasov idarə etdiyi avtomobillə eyni anda 5 qaydanı kobud şəkildə pozub. Özünün lentə aldığı kadrlardan da göründüyü kimi, Səlim qanunla qadağan olduğu halda, 2 yaşlı uşağı avtomobilin ön oturacağında əyləşdirib. Bundan əlavə, özü təhlükəsizlik kəmərindən istifadə etməyib. Üstəlik, bir əlində banan, digər əlində isə telefonu tutub və çəkiliş aparıb. Əməkdar artist çəkdiyi videonu özü sosial şəbəkələrdə yayıb.5 qayda pozuntusuna sərnişindaşıma qaydalarının pozulması, təhlükəsizlik kəmərindən istifadə etməmək, mobil telefonu əldə tutmaqla ondan istifadə etmək, hərəkət zamanı əlini sükandan çəkmək və sükan arxasında diqqəti yayındıran söhbətlərə aiddir.sayt-ın məlumatına görə, sənətçi bununla bağlı “Xəzər Xəbər”ə bildirib ki, həmin görüntü bir neçə ay əvvəl yaşadığı “NZS” qəsəbəsində ara küçələrdən birində çəkilib: “Həmin vaxt bacım oğlu ilə avtoyuma məntəqəsindən gəlirdik. Mən heç vaxt uşağın həyatını təhlükəyə atıb hərəkətin intensiv olduğu yola çıxmaram”.Məsələya Bakı Şəhər Dövlət Yol Polis İdarəsi də münasibət bildirib. Görüntünü izləyən idarənin bölmə rəisi Vaqif Əsədov sənətçinin qayda pozduğunu bildirib.O, qeyd edib ki, sosial şəbəkələrdə yol hərəkəti ilə bağlı yayılan bütün görüntülərə yol polisi dərhal münasibət bildirir. Bu səbəbdən də artıq Səlim Abbasovun idarəyə gəlməsi ilə bağlı ona məlumat verilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler