Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əmek pensiyalarının maliyyeleşdirilmesi vaxtından evvel başa çatdırılıb -Naxçıvanda

11 Kasım 2016

8:04 am


11/11/2016 [12:01]: xeber –
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, fond 2016-cı ilin noyabr ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Bunun üçün tələb olunan vəsait fondun xəzinə hesabından yerli orqanların xəzinə hesablarına köçürülüb. Yerlərdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınaraq əmək pensiyaçılarının, həmçinin məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığorta­olunanların plastik bankomat kart hesablarına və ya poçt ünvanlarına vəsait köçürülüb.Məqsədyönlü tədbirlərin nəticəsi kimi respublikamızda əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəli ilə müqayisədə 6,9 faiz artaraq 187,19 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 209,39 manata çatdırılıb. Təyin olunmuş pensiyaların plastik kartlar vasitəsilə pensiyaçılara vaxtında çatdırılması uğurla həyata keçirilir. Hesabat ayında yeni təyin olunan əmək pensiyaçılarına və istifadə müddəti başa çatan plastik kartların yeniləri ilə əvəzlənməsi üçün müvafiq müvəkkil banklara plastik kart hazırlanması üçün sifariş verilib.(“Şərq qapısı” )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler