Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əliyev-Serkisyan görüşü -Müharibe yeniden qapıda

25 Ağustos 2016

6:28 am


25/08/2016 [10:27]: xeber –
Azərbaycan ordusunun apreldəki blits-hərbi zəfəri, gözlənildiyi kimi, işğalçı Ermənistandakı daxili siyasi-ictimai tarazlığı pozdu, erməni toplumunu əməllicə silkələyərək, 22 ildir ona aşılanan “məğlubedilməzlik” mifini darmadağın elədi. Eyni zamanda ölkədə yeni daxili siyasi didişmələrə və düşmən axtarışına rəvac verdi.Bu, bir yandan Azərbaycan üçün çox yaxşı bir nəticədir ki, 4 günlük müharibədən sonra düşmən ölkə çalxalanmağa başlayıb və hələ də çalxalanmaqda, deməli, həm də daxilən zəifləməkdə davam edir. Hərçənd bu da var ki, baş verən olaylar fonunda hakim Sərkisyan rejiminin də Qarabağ məsələsində manevr imkanları daralmış kimidir. Hər halda, görünən budur ki, hakimiyyət ən azından işğal altındakı ərazilərlə bağlı hansısa addım atmağa cürət eləmir. Xüsusən də İrəvandakı polis binasının silahlı radikallar tərəfindən ələ keçirilməsi olayının ardınca rəsmi İrəvanın tərəddüdləri artıb. *****S.Sərkisyanın son Moskva səfəri də vəziyyətə aydınlıq gətirmədi, erməni ictimaiyyətini sakitləşdirmədi. Rusiya prezidenti Vladimir Putin Serjə siyasi dəstəyini ifadə eləsə də, Qarabağ məsələsində analoji dəstəyi dilə gətirmədi. Üstəlik, Kremldəki birgə mətbuat konfransında Putin açıq şəkildə bəyan elədi ki, Rusiya Ermənistanla müttəfiqliyə rəğmən, Azərbaycanla silah satışını davam etdirəcək. Doğrudan da, Sərkisyanın Moskva səfərindən cəmi bir neçə gün sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya səfər elədi, Azərbaycanda yüksək səviyyədə qəbul olundu və iki ölkə arasında yeni silah tədarükü ilə bağlı anlaşmanın detalları müzakirə olundu. Azərbaycan isə öz ordusuna müasir silah-sursatı təbii ki, vitrinə qoymaq üçün almır. Bunu kim bilməsə də, Ermənistandakı hakim elita da daxil, siyasi kəsim çox yaxşı bilir – xüsusən də 4 günlük aprel rüsvayçılığından sonra. Burdaca yada salaq ki, apreldəki atəşkəs məhz erməni tərəfinin Kremldən israrlı xahişlərindən və Kremlin işə qarışmasından sonra bərqərar edilmişdi. *****Məsələ də ondadır ki, aprel döyüşlərindən sonra Qarabağ ixtilafı ilə bağlı kövrək sülh anlaşmasına olan inam yenə məhz erməni tərəfinin köhnə, maksimalist mövqeyə qayıdışı üzündən basdırılmaq üzrədir. Bunu həmçinin ondan görmək olar ki, Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu – Sank-Peterburq görüşünün üstündən iki aydan çox ötməsinə baxmayaraq, problemin dinc yolla nizamlanmasında kiçicik bir dönüş belə baş verməyib. Birinci və baş səbəb qismində Sərkisyan iqtidarına həm daxildən, həm də xaricdən – diaspor səviyyəsində işğal altındakı torpaqlar məsələsindən ciddi təzyiqlərin olması göstərilir. Belə iddialar var idi ki, Rusiya Qarabağa dair “Putin planı” ilə bağlı bir neçə rayonun boşaldılması üçün İrəvana təzyiq eləmək istəyir. Məhz bu iddialar fonunda İrəvanda məlum dramatik hadisələr baş verdi. Maraqlıdır ki, həmin hadisələrdə qiyamçı qüvvələrə cəmiyyətdən də, əksər KİV və siyasi kəsimdən də əhəmiyyətli dəstək gəldi. Düzdür, qiyam iki həftədən sonra yatırıldı. Amma Sərkisyan da Qarabağ məsələsində heç vaxt “birtərəfli güzəştlərə” getməyəcəyini bəyan eləməklə radikal kəsimi sakitləşdirməyə çalışdı. “Birtərəfli güzəştlər” altında isə rəsmi İrəvan ərazilər qarşılığında Dağlıq Qarabağın qeyri-müəyyən statusunu nəzərdə tutur. Yəni həmişəki kimi, mesaj verilir ki, rayonlar yalnız Dağlıq Qarabağın “müstəqilliyinə” qarant veriləcəyi halda qaytarıla bilər. *****Sözsüz ki, bu yanaşma Bakını qane edə bilməz. Belə mövqe açıq-aşkar yeni müharibə sifarişidir. Bu cür maksimalist yanaşma əslində Moskvanı da qane eləmir. Çünki yeni savaş ehtimalını gücləndirir, Azərbaycanın öz ərazilərini güc yolu ilə azad eləmək istəyinə güclü şəkildə haqq qazandırır, çünki beynəlxalq birlik də ilk addımı təcavüzkar ölkə kimi Ermənistanın atmalı olduğunu artıq qəbul edib. Rusiyaya isə müharibə lazım deyil. Ən azı ona görə ki, müharibə iqtisadi resursların xərclənməsi zərurəti deməkdir və Kremli bölgədə İrəvan, Bakı və Ankara arasında ciddi seçim qarşısında qoya bilər. Bu üzdən, nə müharibə mövzusunun, nə də ərazilər məsələsində Kremlin öz forpostuna təzyiqlər məsələsinin gündəmdən çıxmadığını söyləmək mümkündür. Hər necə olmasa, Rusiya səmimi şəkildə istəsə, müharibə ehtimalını gündəmdən çıxarmaq üçün Ermənistana bir neçə rayonun boşaldılması üçün təzyiq göstərər və istəyinə problemsiz çata bilər. Hələ ki bu istək gözə dəymir. Bəlkə Moskva işğalçı tərəfi Azərbaycanın əli ilə cəzalandırmaq istəyəcək? Bunun üçün apreldəki kimi  müvəqqəti də olsa, neytrallıq göstərmək yetər. Amma Kremlin hansı plana üstünlük verdiyini yəqin ki, dəqiqliklə onun özündən savayı kimsə bilmir.         *****Beləcə, Qarabağ məsələsi ətrafında özündə potensial savaş ehtimalını daşıyan “pat vəziyyəti” davam edir. Demək, savaş yenə qapıdadır. Hadisələrin bu cür inkişafını daha bir Əliyev-Sərkisyan görüşü önləyə bilərdi, əgər bu görüş də əvvəlkilər tək nəticəsiz başa çatmazsa. Sonda yeri var bunu da qeyd edək: gərək həm vasitəçi dövlətlər, həm də təcavüzkarın özü unutmasınlar ki, istənilən sülhün alternativi müharibədir və Azərbaycan xalqı işğal rejiminə sonsuzadək dözüm göstərməyəcək. Onu da qeyd edək ki, hərbi ekspertlər oktyabra kimi olan müddəti hərbi əməliyyatlar üçün ən uğurlu sayırlar. Bu müddət bitməyib və Azərbaycan öz hərbi qüdrətini artırmaqda davam edir. Rusiyanın neytrallığı yetər ki, Silahlı Qüvvələrimiz aprel uğurunu daha böyük miqyasda təkrarlayıb, bu dəfə radikal erməni toplumuna da, onun xaricdəki lobbisinə də ağıllandırıcı yekun dərsi versin, onları həmişəlik susdursun. (musavat.com)     


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler