Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əliyar Əliyevin Qubadlıdakı kendinden reportaj- VİDEO

01 Eylül 2016

9:08 am


01/09/2016 [13:06]: xeber –
Ermənilər Qazyanda 4 ildə bir məktəb binası tikib qurtara bilməsələr də, faktiki olaraq orada bizlər yox, onlar  nəfəs alırlar…sayt avqustun 31-də Qubadlının 23-cü “qara yubileyi” ilə bağlı rayonun hazırkı durumu, ermənilərin  bölgənin ayrı-ayrı kəndlərində məskunlaşmasından yazmışdı. Həmin yazıda Milli Qəhrəman Əliyar Əliyevin doğma kəndi olan Qazyan haqqında da qısaca məlumat vermiş,  həmin yurdumuza  erməni “qəhrəmanın” adının verilməsindən yazmışdıq. Sonrakı araşdırmalarımızda   erməni tapadağı altındakı Qazyanın indiki vəziyyəti barədə daha maraqlı məlumatlar əldə etdik. Öncə Milli Qəhrəman Əliyar Əliyev haqqında qısaca məlumat verək.Əliyar Laçının azad edilməsi uğrunda həlak oldu…1988-ci ildən bəri  on minlərlə Azərbaycan oğlu kimi erməni təcavüzkarlığına qarşı mübarizəyə atılan Əliyar 1992-ci ildən tabor komandiri olur. Cəsur komandir onlarla erməni quldurunun məhv edilməsi əməliyyatlarına başçılıq etmişdir. Əliyar nəinki Qubadlının işğal ediləcəyini ağlına gətirir, o, 1992-ci ilin mayından sonra var qüvvəsi ilə Laçının azad edilməsi uğrunda çalışırdı. 1992-ci il oktyabrın 3-dək 40 nəfər könüllü ilə Laçının Qubadlı istiqamətindəki kəndlərinin azad edilməsində fəal iştirak edən Əliyar Əliyev həmin gün Laçın rayon mərkəzinə hava xətti ilə 2-3 km qalmış – Fətəlipəyə kəndi yaxınlığnda 34 yaşında şəhid oldu…Qazyan niyə Aykazyan oldu?Qubadlının işğalına dözməzdi Əliyar kimi oğullar… Təəssüf ki, Milli Qəhrəmanın doğma kəndi olan Qazyanda da bu gün ermənilər at oynadır. Kəndin adı erməniləşdirilərək, Qubadlıda gəbərmiş erməninin “şərəfi”nə Aykazyan qoyulmuşdur.  Erməni saytlarının məlumatına görə, kənddə 200-ə yaxın erməni yaşayır. 2013-cü ildən yeni məktəb binası tikilməyə başlayıb. Lakin 2015-ci il noyabrın 1-də verilmiş son məlumatda hələ də məktəbin birinci mərtəbəsinin divarlarının hazır olduğu deyilir.Milli Qəhrəmanın doğma yurdunda erməni uşaqları məktəbə gedir…Separatçı rejimin himayə etdiyi Artsax TV kanalı 2012-ci ilin yanvarında Qazyandan reportaj hazırlamışdır. Reportajdan göründüyü kimi, Qazyanda xaraba evlər hələ çoxdur. Buna rəğmən erməni uşaqları məktəbdə oxuyur. 2014-cü ilin noyabrında kənd məktəbində şagirdlərin iştirakıyla yeni məktəbin tikintisinə kömək məqsədilə xeyriyyə aksiyası keçirilmişdir. Ermənilər geniş, məhsuldar torpaqlarımızda əkin-biçin aparır, mal-qara saxlayırlar… Amerikalı erməni fotoqraf Qazyanda çəkilişlər aparıb…Amerikada yaşayan erməni fotoqraf Ara Oşakan bu yaxınlarda Qazyanda olmuş, orada Azərbaycan türklərinin ocağından məskunlaşmış Abramyan ailəsinin fotolarını çəkmişdir. Təqdim etdiyimiz fotolardan ermənilərin hələ də bizim evlərin xarabalıqlarında, çox bərbad, acıncaqlı  şəraitdə yaşadığı görünür. Lakin bununla özümüzə təskinlik verməməliyik…Çətin şəraitdə olsa da, o yurdlarda bizlər yox, ermənilər yaşayır… Bütün hallarda  Əliyar kimi igidlərimizin oylağı olmuş doğma torpaqlarımızın üzərində gəzən, oraların havasını udan, suyunu içən, məhsulunu yeyən biz deyilik, ermənilərdir… Odur ki, Qarabağ, Qubadlı, Şuşa, Kəlbəcər və s.  faciələrinin miqyasını, mahiyyətini dərk edənlər üçün bu videokadr və fotolara baxmaq ağır olsa da, baxmalı, ibrət götürməli, bunları unutmamalı və qəhrəmanlarımızın qan tökdüyü o yurdların azadlığını tezləşdirmək üçün mümkün olanı etməliyik… Sultan Laçın, moderator.az


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler