Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Əlinize düşen fürsetden istifade edib vetendaşlara bele zülüm elemeyin”

07 Temmuz 2016

7:20 am


07/07/2016 [11:18]: xeber –
Bakı metrosunda hava çatışmır. Bu, sözün həqiqi mənasında belədir. Metro vaqonlarında əsl Dubay havasıdır. Bu nəqliyyat növündən indi istifadə edənlər şaxtaçılar kimi yerin altından çıxırlar. Yayın bu cırhacırında, 35-40 dərəcə istidə bəs nədən metroda kondisionerlər işləmir, hansı səbəbdən minlərlə sərnişin bir para səhlənkar və məsuliyyətsiz insanın əziyyətini çəkir?  Cavabı sadədir. Çünki metronun baş ofisində oturanlar yaxşı bilirlər ki, bu nəqliyyat növündən istifadə edənlərin demək olar ki, hamısı aşağı təbəqənin (mən maddi tərəfini nəzərdə tuturam) insanlarıdır. Və belə olan halada heç bir təhlükəsi olmadan bu kəsimə zülm etmək mümkündür.  Təbii ki, bu işə cavabdeh olanlar tunel və vaqonlardakı havasızlığın aradan qaldırılması, havalandırma sisteminin işləməsi üçün mümkün imkanlardan istifadə edə bilər. Ancaq eləmirlər. Bunun səbəbini də soruşmağa lüzum bilmədik. Çünki əhaliyə belə zülüm çəkməyi rəva bilən qurumların sözçüləri çox hazırlıqlı olurlar və elə “bəzəkli-düzəkli” cavab verirlər, “əsaslar” gətirirlər ki, 3-4 ay düşünməli olursan. Və bu müddət ərzində də səni maraqlandıran məsələ, problem fəsil dəyişdiyi üçün qüvvədən düşür. “Əsas” gətirəcəklər ki, “xətlərdə kondisionerli vaqonlardan istifadə etmək texniki cəhətdən mümkün deyil.”(?) Əslində hər şey mümkündür, istək olsa. Biz evimizdə də, ölkəmizdə də həmişə qonağı düşünürük, onun nazını çəkirik. Xaricdən gələnlərin qulluğunda durmağı, hər cür xidmət göstərməyi canla-başla həyata keçiririk. Ancaq…Bəlkə unutmusuz, metrodan xarici vətəndaşlar da istifadə edir, barı onların xatirinə metroya hava verin, Ramazanda oruc tutan, vaqonlarda istidən nəfəsi qaralan insanlarımızı düşünməsəniz də. Əlinizə düşən fürsətdən istifadə edib vətəndaşlara belə zülüm eləməyin. Hərdənbir özünüz də istifadə edin metrodan və xidmətinizin “məmnunluğunu” hiss edin.  Cənablar, metroda havasızlıqdı. Burada hava sərnişinlərə akvariumdakı balıqlara hava gərək olduğu qədər lazımdır.Namiq Dəlidağlı




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler