Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Əlini qaldırıb teslim olan türk esgeri deyil…” – Video

17 Temmuz 2016

8:44 pm


18/07/2016 [00:41]: xeber –
Türkiyədə hərbi çevrilişə cəhd zamanı əlini qaldırıb təslim olanlar Türkiyə Silahlı qüvvələrinin əsgəri deyil.Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun bu sözləri “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran zaman deyib.”Sadəcə, Türkiyə Silahlı Qüvvələrinin içində ağlını itirmiş insanlar təslim oldu. Doğrudur, o tablo uniformada olan insanların ortaya qoyduğu bir tablodur. Amma bu, Silahlı Qüvvələrin təslim olması demək deyil”,- deyə Alper Coşkun vurğulayıb.Türkiyə səfiri bu insanların əməllərinə görə Türkiyə Silahlı Qüvvələrinin gözdən salınmamalı olduğunu vurğulayıb: “Türkiyə Cumhuriyyəti bayaq sayılan təhlükələrlə üz-üzə olan dövlətdir. Bir də tarixi olaraq biz savaşçı bir xalqıq. Müstəqilliyimizə, namusumuza, torpağımıza sahib çıxmış bir millətik. Hər bir fədakarlığı etməklə bunu yerinə yetirənlər, təbii ki, Silahlı Qüvvlərimiz olub”. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler