Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əliller 28 687 protez-ortopedik memulat ve reabilitasiya vasitesi ile temin olunub

03 Kasım 2016

11:24 am


03/11/2016 [15:17]: xeber –
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onların protez-ortopedik bərpa xidmətləri ilə təminatı işlərini davam etdirib. Bu dövrdə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 12 511 nəfər əlilliyi olan şəxsə (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 1 489 nəfər şəxsə) protez-ortopedik bərpa xidmətləri göstərilib.Əlilliyi olan şəxslərə 1 108 ədəd əlil arabası, 597 ədəd eşitmə aparatı, 946 ədəd aşağı və yuxarı ətraf protezi, 2 231 ədəd dirsəkaltı və qoltuqaltı ağac, 735 ədəd dördayaqlı dayaq vasitəsi, 616 ədəd bel və boyun nahiyəsi üçün korset verilib. Bu təbəqədən olan vətəndaşlar həmçinin 1 145 ədəd aşağı və yuxarı ətraf ortezi, 2 165 ədəd əsa, 2 819 cüt protez ayaqqabı, 4 062 cüt ortopedik ayaqqabı, 7 623 ədəd müxtəlif yardımçı reabilitasiya vasitəsi və s. ilə təmin ediliblər.Həmin dövrdə qeyd olunan şəxslərin ümumilikdə 28 687 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.Amputasiya olunmuş əlillərin protezləşməyə hazırlanması və protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sutunu zədələnmiş spinal əlillərin reabilitasiyası, serebral iflicin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s. istiqamətlərdə stasionar şəraitdə reabilitasiya xidmətləri də göstərilir. Yanvar-oktyabr aylarında Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 609 nəfər əlilliyi olan şəxs qeyd olunan xidmətlərlə təmin olunub.Bu dövrdə Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada tərəfindən ölkəmizin bölgələrində səyyar formada protez-ortopedik bərpa xidmətləri də davam etdirilib. Əlilliyi olan insanların elə yaşadıqları rayon və ya şəhərlərdə ehtiyac duyduqları protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler