Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əlil uşaqlar da adi qaydada derse gedecek

29 Ağustos 2016

1:48 pm


29/08/2016 [17:45]: xeber –
Təhsil nazirinin əmri ilə təsdiq edilmiş “İbtidai təhsil pilləsində inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanıb.Layihə çərçivəsində Xətai rayonundakı 138 nömrəli tam orta məktəb, Nizami rayonundakı 220 nömrəli məktəb-lisey, Nərimanov rayonundakı 202 nömrəli məktəb-lisey və Sabunçu rayonundakı 252 nömrəli məktəb-lisey pilot təhsil müəssisələri kimi seçilib.2016-2017-ci tədris ilində qeyd olunan məktəblərin hər birində 2 sinif olmaqla, 16 nəfər əlilliyi olan birinci sinfə cəlb ediləcək:“Pilot məktəblərin pedaqoji heyətindən əlilliyi olan uşaqların təhsilinin inklüziv şəraitdə təşkili üzrə bir sıra bilik və bacarıqlar tələb olunur. Bu məqsədlə 29 avqust – 2 sentyabr 2016-cı il tarixlərində 4 pilot inklüziv məktəbin pedaqoji heyəti üçün Təhsil Nazirliyi inklüziv təhsil üzrə təlim təşkil edir.Təlim Bakı şəhərinin Xətai rayonundakı 138 nömrəli tam orta məktəbdə keçirilir. Təlimdə pilot məktəblərin direktorları, loqoped-defektoloqları, ibtidai təhsil üzrə direktor müavinləri və inklüziv siniflərin sinif müəllimləri iştirak edir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler