Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əliağa Ağayevin Fexri Xiyabana layiq görülmemeyinin sebebi -Xaş meclisleri ve gülüşlü ölüm

03 Kasım 2016

8:08 am


03/11/2016 [12:04]: xeber –
Bu gün Azərbaycanın teatr və kino sənətinin əfsanələrindən biri – Əliağa Ağayevin vəfatından 33 il ötür1913-cü ilin 22 martında Bakıda İsmayıl kişinin ailəsində dünyaya gələn gələcəyin sənətkarı 1930-cu ildə yeddinci sinifi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyur və iki il sonra çilingər işləməyə başlayır. İlk rolu isə çalışdığı zavodun dərnəyin Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Hacı Qaradır olur.1936-cı ildə Gənc Tamaşaçılar Teatrında debüt edən Ağayev 25 il bu kollektivdə çalışdıqdan sonra, 1961-ci ildə Akademik Milli Dram Teatrında işə başlayır. Bu artıq həmin dönəmlər idi ki, “O olmasın, bu olsun”un şöhrəti ölkə hüdudlarını aşmışdı. İyirmi il “Azdrama”da çalışan sənətkar burada müxtəlif səpkili obrazlara həyat verir.Ə.Ağayev ilk fəxri adı hələ Gənc Tamaşaçılar Teatrında çalışanda almışdı. O vaxt Ağayevin cəmi 30 yaşı vardı. Xalq artisti olanda isə 41 yaşı tamam olmuşdu.Həyatı və yaradıcılığı kimi sənətkarın ölümü də qeyri-adi baş verib. Tərcümeyi-halına nəzər salanda onun niyə məhz Yasamal qəbiristanlığında dəfn edilməsi də diqqət çəkir.Əfsanəvi sənətkarla dostluq etmiş xalq artisti Tariyel Qasımov onunla bağlı xatirələrini danışır:”1964-cü ildə Gənc Tamaşaçılar Teatrında ilk rolum “Nəsrəddin” tamaşasında nökər rolu olub. Həmin tamaşada Əliağa Ağayev isə mənim xozeynim idi. O, bütün gənclərin dostu idi. Gənc aktyorlara tövsiyyə verməyi çox sevirdi. Deyirdi ki, gələcəkdə nə qədər çox tanınsanız, nə qədər böyük aktyor olsanız, səmimi və sadə olun. Onun seçdiyi üç dostu var idi. Onlardan biri mən, biri Lütfi Məmmədbəyov, digəri isə İlham Namiq Kamal idi”.Tariyel Qasımov deyir ki, Ağayev dostlarına qarşı çox qonaqpərvər və səxavətliymiş:”Hər həftə bizi evinə dəvət edərdi. Əliağa müəllimin çox gözəl xaş bişirməyi var idi. Özü də bizə qulluq edirdi və imkan vermirdi ki, həyat yoldaşı Cəvahir xanım süfrəyə əlini vursun. Cəvahir xanım İsgəndərova əməkdar artist idi. Valideynlik edirdilər bizə. Həmin vaxt o Yasamal tərəfdə yaşayırdı, özü də bakılıydı. Böyük sənətkarlığı öz yerində, həm də gözəl insanlığı vardı. Çox filmlərə çəkilirdi deyə, maddi durumu yaxşıydı, pul xərcləyən idi.”.Sənətkarın bir oğlu, bir qızı olub. Oğlu Vaqif Ağayev uzun müddət Musiqili Teatrda rejissor işləyib. T.Qasımov qastrol xatirələrini paylaşır:”Qastrollara gedəndə onun iştirak etdiyi tamaşalar anşlaq olardı. Hətta tamaşadan sonra ondan əl çəkmirdilər. Axırda administrator, rejissor deyirdi ki, bu kişini buraxın, gedib çörək yeməlidir”.Həmsöhbətimiz sənətkarın ölümü haqda danışır:”Köhnə “İnturist” mehmanxanasında bir məclis varmış. Bu bir əhvalat danışıb və öz danışdığına necə gülübsə, oradaca dünyasını dəyişmişdi. O, Fəxri Xiyabanda dəfn olunmayıb. Sovet dövründə kim partiyanın üzvü idisə, onu Fəxri Xiyabanda dəfn edirdilər. Əliağa Ağayev də böyük sənətkar olmasına baxmayaraq, siyasi məsələlərə qarışmadığına, partiya üzvü olmadığına görə Yasamal qəbiristanlığında dəfn olunmuşdu. Onun sənətinə xalq daha böyük qiymət verirdi. Sənəti də o qədər böyük idi ki, xalq artisti verməyə bilməzdilər. Heç bəlkə özləri ona xalq artisti adını da vermək istəməzdi”.(Ölkə.Az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler