Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Əli ve Nino” dükanlarındakı veziyyet konkret olarq gergindi” -Nigar Köçerli

17 Ağustos 2016

1:00 pm


17/08/2016 [16:57]: xeber –
Bu gün “Əli və Nino” kitab mağazalar şəbəkəsinin 11 yaşı tamam olur. 2005-ci il avqustun 17-də yaranan “Əli və Nino” bir çox layihələrlə Azərbaycanda kitab sektorunun canlanmasına böyük təkan verdi. Hazırda müəyyən problemlərlə üz-üzə qalmasına baxmayaraq, ayaq üstə durmağı bacaran “Əli və Nino” nun təsisçisi Nigar Köçərli rəhbərlik etdiyi şəbəkənin gələcək planları barəsində danışıb.“11 il bundan əvvəl “Fəvvarələr meydanı”nda  “Əli və Nino” kitab şəbəkəsinin ilk dükanı açıldı. Bu mağaza hələ də fəaliyyət göstərir. Kitabsevərlərin ən çox sevdiyi dükandı. Baxmayaraq ki, Bakıda belə bir tendensiya var ki, satış əsasən alış-veriş məntəqələrində aparılır və bizim də orada olan bölmələrimizdə daha çox kitab satılır. Amma 11 il bundan əvvəl “Fəvvarələr meydanı”ndakı bölməmizi buğun də çox sevirlər.  o gündən bu yana çox şey dəyişilib.Hazırda “Gənclik Mall” alış-veriş mərkəzində yeni mağazamız açılıb. Biz təbii olaraq istərdik ki, ölkənin bütün şəhərlərində bölmələrimiz olsun. Amma hazırda konkret olaraq bunu planlamırıq. Çünki Bakıdakı kitab dükanlarımızdakı vəziyyət konkret olaraq çox gərgindi. Yeni kitablardan da danışmaq istərdim: “Harri Poter”in ingilis dilində çap olunan 9-cu cildini artıq “Əli və Nino”da var. Həmçinin bu kitabın Azərbaycan dilində oaln 4-cü cildini də gətirmişik. İstəyirik ki, hər gün dükanlarımızda azı bir yeni kitab olsun”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler