Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əli tez-tez yumaq ziyanlıdır – Superbakteriya

14 Eylül 2016

5:20 am


14/09/2016 [09:18]: xeber –
ABŞ-ın Oreqon Universitetinin alimləri belə hesab edirlər ki, əllərin müntəzəm sürətdə antibakterial sabunla yuyulması superbakteriyaların əmələ gəlməsinə gətirib çıxarır. Mütəxəssislər idman zalının, su hovuzunun, ofis və camaşırxananın olduğu idman kompleksindən toz və tər nümunələri götürüb tədqiq ediblər. Götürülmüş nümunələrdə antibiotik və digər dərman vasitələrinə qarşı heç bir reaksiya verməyən superbakteriyalar aşkar olunub. Tədqiqatın müəllifləri belə nəticəyə gəliblər ki, bu cür orqanizmlərin meydana gəlməsi “təkamül”ə oxşar halla bağlıdır. Mütəxəssislərin fikrincə, bakteriyalar hər dəfə sabunla təmasda olduqda özlərinə zəruri olan immunitet qazanıblar. Ekspertlərin sözlərinə görə, mikroblara qarşı daha güclü antibiotiklər tətbiq etdikdə, onların bu cür maddələrdən müdafiə qabiliyyəti yalnız yüksəlir. Qeyd edək ki, hazırda superbakteriyaların yaranmasına səbəb kosmetika, diş məcunu və şampunlarda istifadə olunan triklozan, etil, metil və sair kimi maddələrdir.(Azərtac )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler