Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əli Ömerov: “İşin hansı sebebe göre xetm olunmasından xebersizem”

03 Temmuz 2016

12:12 pm


03/07/2016 [16:09]: xeber –
Hüquqşunas Əyyub Kərimov Meydan.tv -yə müsahibəsində bildirib ki, o, keçmiş Daxili İşlər Naziri Vaqif Novruzovun əməlləri ilə bağlı araşdırma aparıb, yazı yazdıqdan sonra V. Novruzova qarşı cinayət işi açılıbmış. Amma nədənsə bu iş həmin dövr məhkəməyə göndərilməyib. Əyyub Kərimov bildirdi ki, cinayət işinin motivi rüşvət istənilməsi və sair məsələlərlə bağlıydı. Ona görə də Əli Ömərov cəsarət göstərib cinayət işini qaldırmışdı. Məsələni araşdıran sayt cinayət işinin xətm olunma səbəbini öyrənmək üçün keçmiş baş prokuror Əli Ömərovla əlaqə saxladı. Əli Ömərov saytımıza açıqlamasında bildirdi ki, o, Vaqif Novruzuvun işini xətm etməyib:“Vaqif Novruzova rüşvət istəmə maddəsi ilə cinayət işi açılmışdı. Bunu mən etmişdim. Vəzifədə olduğum dönəmdə də bu iş açıq idi. Lakin mən vəzifədən getdikdən sonra cinayət işi bağlandı. İşin hansı səbəbə görə xətm olunmasından da xəbərsizəm. Cinayət işinin hansı səbəbə bağlanmasını Respublika Prokurorluğu deyə bilər.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler