Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əli Mireliyevden Flora-Zeyneb qalmaqalına münasibet – “Ayıb olsun, ar olsun…”

27 Ağustos 2016

3:16 pm


27/08/2016 [19:16]: xeber –
“Flora xanım heç vaxt Zeynəb xanım haqqında o sözləri deməz. Yazılanlar yalandır”.Bunu sayta açıqlamasında müğənni Əli Mirəliyev xalq artisti Flora Kərimovanın adından SSRİ xalq artisti Zeynəb Xanlarovanın ünvanına yazılmış ifadələr haqqında danışarkən deyib.  Əli Mirəliyev daha sonra bunları bildirib:“Azərbaycanda dörd ulduz var idi, Elmira Rəhimova, Zeynəb Xanlarova, Flora Kərimova, İlhamə Quliyeva. Elmira xanım 20 ildir ki, fəaliyyətini dondurub, İlhamə xanım da dünyasını dəyişdi. Qalıb Zeynəb xanımla Flora xanım. İndi ulduzlar Faiqlə Rəqsanə deyil, bax bu iki xanımdır. Bu iki ulduz da heç var toqquşa bilməz, çünki aralarındakı məsafə çox böyükdür. Aşağıdan baxanda aralarındakı məsafəni yaxın kimi görmək olar, ancaq həqiqətən də bunların arasındakı məsafə çox böyükdür. Bu ulduzlar heç vaxt savaşmazlar, heç vaxt aralarında söh-söhbət olmaz. Zeynəb Xanlarova, Flora Kərimova əvəzsiz müğənnidirlər. Bu iki qoç heç vaxt kəllə-kəlləyə gəlməz. Bu əvəzsiz müğənnilərimiz heç vaxt bir-birlərinə artıq-əskik söz deməzlər. Mən onları aralarındakı münasibətdən də xəbərdaram. Həm də onlar ayrı-ayrı janrlarda oxuyan müğənnilərdir. Flora Kərimova sırf əvəzsiz estrada janr ifaçısıdır. Zeynəb Xanlarova isə Azərbaycan xalq musiqisinə, mahnı janrına, demək olar ki, bütün janrlara müraciət etmiş əvəzsiz ifaçıdır. Hər ikisi dahi müğənnidir”. Əli Mirəliyev onu da əlavə edib ki, İlhaməylə Floranın arasında gəzən bəzi boşboğaz “jurnalistlər” indi də Florayla Zeynəbin arasında gəzir:“O boşboğazlara məsləhət görərdim ki, yazanda bir az fikirləşsinlər. Səməd Səmədov üçün, Rəqsanə üçün, Aygün Kazımova üçün yazırlarsa, bunu haradasa anlamaq olar. Amma Flora, Zeynəb üçün nəsə yazmaq artıq jurnalistika deyil, Azərbaycan jurnalistikasına böyük bir qara ləkədir. Boşboğaz jurnalistlərə deyirəm ki, özünüzü yığışdırın, ağzınızı yumun, onların adını çəkməyin, sizin ixtayırınız yoxdur ki, onların haqqında nəsə deyəsiniz. Onların haqqında xalq deyib, tarix deyib və bundan sonra da xoş sözlər deyiləcək. Ancaq siz “jurnalistlər” harda qalacaqsınız? Ətlə dırnağın arasına niyə girisiz, kim sizə icazə verib? Ayıb olsun, onlara, ar olsun!”Qeyd edək ki, F.Kərimova Z.Xanlarova haqqında bunları deyib deyib: “Zeynəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur”. O bildirib ki, SSRİ xalq artistliyinə namizədlər arasında Zeynəb Xanlarovanın yox, başqa adamların adı var idi: “Sadəcə o elə şeylər etdi ki, vəziyyət onun xeyrinə dəyişdi. Ona çörəyi verən verib. Zeynəb Xanlarova hələ də o çörəyi yeyir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler