Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əli Mireliyev: “Azerbaycanda 11 kişi tapılmır ki, futbol oynadasan”

30 Haziran 2016

3:12 pm


30/06/2016 [19:11]: xeber –
Xəbər verdiyimiz kimi, bu gün “Qəbələ” Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək. “Neftçi” isə səfərdə Maltanın “Baltsan” klubu ilə qarşılaşacaq.Bir vaxtlar “Neftçi”nin pərəstişkarı olan müğənni Əli Mirəliyev klublarımızın Avropa liqasında uğurlu çıxışına, hətta futbolumuzun inkişafına inanmır.Bu barədə müğənni açıqlamasında deyib: “Mən bizim komandaların çıxışına baxmıram. Azərbaycanda futbol yoxdur. İllərdir “Neftçi”nin pərəstişkarı olmuşam. Amma indi onlara da baxmıram.Bilirəm ki, onlar Avropa liqasında heç bir uğur qazana bilməyəcəklər. Bu gün Azərbaycanda 11 kişi tapılmır ki, komanda qurub, futbol oynadasan.Futboldan çox yaxşı başım çıxır. Buna görə də mən Messiyə, Ronaldoya baxıram. Bizdə bunlar qədər yox, özfəaliyyət səviyyəsində də futbol yoxdur”.Əli Mirəliyev milli komandanın baş məşqçisi Robert Prosineçkinin “Ümid edirəm ki, Azərbaycan millisi növbəti seçmə mərhələdə bütün komandalar üçün çətin rəqib olacaq. Əsas məqsədimiz də elə budur” fikrinə də münasibət bildirib: “Nə olsun ki milli komandaya başqa ölkədən baş məşqçi gətiriblər, bizdə oyunçu yoxdur. Baza yoxdur. Oyunçu olmasa futbol necə inkişaf etsin?O ki qaldı Prosineçkinin dediyinə, mümkün deyil, bunlar fantaziyadır, olmayacaq. Amma bizim torpağımız alınarsa, həm kişilik olacaq, həm futbolumuz inkişaf edəcək, həm də musiqimiz yerində olacaq”./aznews.az/




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler