Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əli Kerimlinin kömekçisine 3 ay hebs verildi -“FETÖ işi”…

22 Ağustos 2016

1:40 pm


22/08/2016 [17:38]: xeber –
Bu gün Nəsimi Rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.Məhkəmənin qərarı ilə F.Əmirli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, F.Əmirli avqustun 20-də saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283-2-ci maddəsi (milli, irqi, dini düşmənçilik salma), sonra isə 168.1-ci maddəsi dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ilə ittiham irəli sürülüb.Xatırladaq ki, F.Əmirli Baş Prokurorluğun Ağır Cinayət İşləri üzrə İstintaq İdarəsində Fətullah Gülən tərəfdarlarının işi üzrə şahid qismində dindirilmişdi.*   *   *AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirliyə qarşı yeni ittiham irəli sürülüb.Bu barədə onun vəkili Aqil Layicov məlumat verib.Onun sözlərinə görə, F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə ittiham irəli sürülüb.Hazırda o, təqsirləndirilən şəxs qismində saxlanılır.F.Əmirli avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi üzrə ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində 48 saatlıq saxlanılma qərarı verilib.Qeyd edək ki, ilkin yayılan məlumatlara görə, onun avtomobilindən Fətullah terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar və disklər tapılıb.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler