Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əli Kerimlinin kömekçisi Gülen işi ile bağlı dindirilir – YENİLƏNİB

20 Ağustos 2016

10:20 am


20/08/2016 [14:18]: xeber –
Faiq Əmirli Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə başlanılan cinayət işi üzrə şahid qismində dindirilir. APA-nın əldə etdiyi məlumata görə, F. Əmirov həmin cinayət işinin araşdırıldığı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib. Hazırda onun ifadəsi alınır. Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılması barədə məlumat yayıb. ***AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli saxlanılıb. Bu barədə sayta partiyadan məlumat verilib. Partiyadan verilən xəbərə görə, hazırda F.Əmirlinin harada saxlanması barədə onlarda heç bir informasiya yoxdur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler