Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əli Hesenov: “Rusiya ve Azerbaycan arasında münasibetler inkişaf edir”

01 Kasım 2016

7:56 am


01/11/2016 [11:53]: xeber –
“VII Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi iki ölkə arasındakı münasibətlərdə mühüm addımdır. Hər il bu foruma hər iki ölkədən təxminən 500 nəfərə qədər şəxs qatılır”.sayt xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə açıqlamasında deyib: “Bugünkü forumda iqtisadiyyat, kənd təsərrüfatı, ticarət, humanitar əlaqələr, gənclər arasındakı münasibətlər və s. sahələr üzrə iki ölkə arasındakı münasibətlərin geniş spektri müzakirə olunacaq.Ötən forumda qəbul edilmiş qərarlar ilə bağlı görülmüş işlər yönümündə çıxışlar olacaq. O cümlədən qarşıdan gələn il üçün regionlararası əlaqələrin genişlənməsi sahəsində təkliflər müzakirə olunacaq”.Düşünürük ki, beynəlxalq münasibətlərin hazırkı vəziyyətində Rusiya ilə Azərbaycan arasındakı bu forum çox aktualdır və hər iki ölkənin maraqlarına cavab verir. İki ölkə arasındakı əlaqələr getdikcə inkişaf edir. Bu əlaqələrin inkişafı hər iki ölkənin prezidentlərinin diqqət mərkəzindədir. İki ölkə arasında iqtisadiyyat, siyasət, sosial və mədəni məsələlər kifayət qədər intensivdir. Bu münaisbətləri də nizamlamaq üçün bu tipli forumlara ehtiyac var”, – deyə prezidentin köməkçisi əlavə edib. Xatırladaq ki, VII Azərbaycan-Rusiya regionlararası forumu noyabrın 2-dək davam edəcək. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler