Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əli Abbasov mülklerinden danışdı: “Niye satmalıyam ki?”

13 Ağustos 2016

5:36 pm


13/08/2016 [21:33]: xeber –
Bir neçə gün bundan qabaq musavat.com saytında sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun mülklərini satışa çıxarması haqda məlumatlar dərc olunmuşdu.Yayılan məlumatda keçmiş nazirin Bakı şəhərinin müxtəlif yerlərində ona və oğluna məxsus mülkləri təcili satışa çıxardığı, hətda mülklərin dəyərindən çox aşağı qiymətə satıldığı bildirilirdi.Yayılan məlumatla bağlı  keçmiş nazir Əli Abbasovla əlaqə saxlanılıb. O saytımıza açıqlamasında yayılam məlumatların yalan olduğunu bildirib.“Belə məlumatlar hardan qaynaqlanır bilmirəm. Mənim elə mülklərim yoxdur ki, mən onları satışa çıxardım. Hansısa qəzet və sayt mənim adıma mülk qoşmasın. Hamı kimi mənim də evim var. Mən niyə onu satmalıyam? Bu gün mənimdir, sabah da övladlarım, nəvələrim yaşayacaq bu evdə. Mən hazırda elmi işlərlə məşğulam. Belə məlumatlar tamamən yalandır”.Qeyd edək ki, Əli Abbasov MTN işi ilə bağlı məlumatlar ortaya çıxdıqdan sonra, ötən il noyabr ayının 12-də, Prezident İlham Əliyev tərəfindən Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilib.(big.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler