Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əli Əlizade Pakistanlı nazir ile görüşdü -Foto

09 Eylül 2016

11:08 am


09/09/2016 [15:06]: xeber –
Bakıda keçiriləcək ADEX-2016 müdafiə sərgisində Pakistanın müdafiə sənayesi naziri geniş nümayəndə heyəti ilə iştirak edəcəkdirAzərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının müdafiə sənayesi federal naziri Rana Tanvir Hüseyinlə görüşmüşdür.Görüşdə Azərbaycan və Pakistanın müdafiə sənayesi sahəsində əməkdaşlığının davamı və qarşıda duran vəzifələr, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın təmin olunması, təcrübə mübadiləsi, elmi əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkili, iki ölkə rəhbərlərinin səmimi dostluğunun yaratdığı imkanlar haqqında fikir mübadiləsi aparılmışdır. Ermənistanın təxribatları, eləcə də xam xəyalları haqqında məlumat verən səfir Pakistanın ölkəmizə birmənalı dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirmişdir. Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırmışdır.Pakistan İslam Respublikasının müdafiə sənayesi federal naziri Rana Tanvir Hüseyin Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu və daim dəstəklədiyini qeyd etmişdir. Pakistanın müdafiə sənayesi müəssisələrinin istehsal imkanları haqqında məlumat verən nazir Azərbaycan ordusunu müdafiə sənayesi məhsulları ilə təchiz etməyə hazır olduqlarını vurğulamışdır. Azərbaycana etdiyi səfərləri və şahidi olduğu inkişafı xatırladan nazir cari ilin sentyabr ayının 27-30 tarixlərində Bakıda keçiriləcək ADEX-2016 müdafiə sərgisində də iştirak edəcəyini bildirmişdir. Qarşılıqlı hərbi-texniki sahədə əməkdaşlığın gələcək perspektivləri və müqavilə-hüquq bazasının artırılması imkanları haqqında söhbət açan nazir, özünün həmçinin, Pakistanın elm və texnologiyalar sahəsi üzrə də məsul şəxsi (Pakistanın elm və texnologiyalar federal naziri) olduğunu və bu sahədə də Azərbaycanla əməkdaşlığın daha da artırılması zərurətini diqqətə çatdırmışdır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler