Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əli Əlizade nazir Pir Seyid Sadaruddin Şah Reşidi ile görüşüb

04 Ağustos 2016

6:32 pm


04/08/2016 [22:31]: xeber –
Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının xaricdə yaşayan pakistanlılarla iş və insan resursların inkişafı naziri Pir Seyid Sadaruddin Şah Rəşidi ilə görüşüb.Görüşdə Azərbaycanla Pakistan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrin yaratdığı imkanlar, hər iki ölkənin bir-birinə verdiyi dəstək, mədəni, dini bağlılıqlar, mənəvi dəyərlər, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələr haqqında söhbət açılıb. Qarşılıqlı əməkdaşlığın davam etdirilməsi məqsədilə insan resurslarının inkişafı, əmək və məşğullluq sahəsində müqavilə-hüquq bazasının yaradılması ilə bağlı müzakirələr aparılıb.Nazir Pir Seyid Sadaruddin Şah Rəşidi, əmək, məşğuluq, vətəndaşların sosial müdafiəsi, əməkçi miqrantların hüquqların müdafiəsi sahəsində Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resursların İnkişafı Nazirliyinin fəaliyyəti haqqında məlumat verərək, Azərbaycanın müvafiq qurumları ilə fəal əlaqələrin daha da artırılması və təcrübə mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler