Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əlden çıxan medal, ilk yarımfinalçılar – -Rio olimpiadasının 2-ci günü…

07 Ağustos 2016

8:32 am


07/08/2016 [12:31]: xeber –
Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günü start götürüb. sayt xəbər verir ki, dünən yarışların ikinci günündə Azərbaycanın 8 idmançısı mübarizəyə qoşulub. Elə ikinci gündə medala yaxın olsaq da, son anda bu baş tutmayıb. Belə ki, 60 kq-da mübarizə aparan cüdoçu Orxan Səfərov yarımfinala qədər çox yaxşı irəliləsə də, ard-arda iki məğlubiyyət onu medalsız qoyub. Əvvəlcə final uğrunda Qazaxıstan idmançısına məğlub olan O.Səfərli, ardınca bürünc medal üçün təsəlliverici döyüşdə də yapon cüdoçusuna yenilib. İdmançımız dördüncülüklə kifayətlənib. Velosipedçi Maksim Averin velosipedin şose növündə qüvvəsini sınayıb. 144 idmançının mübarizə apardığı yarışda cəmi 63 velosipedçi finiş xəttinə kimi gələ bilib ki,  təmsilçimiz onların arasında olmayıb. Belə ki, idmançı bu növ üzrə medal şansını itirib.Avarçəkənlərimiz isə gözlənilən nəticəni doğruldublar. Aleksandr Aleksandrov – Boris Yotov cütlüyü İki nəfərlik qayıqda 2000 metr məsafə üzrə yarışların təsnifat mərhələsində ilk qrupda mübarizə aparan təmsilçilərimiz 6:40,52 nəticə göstərərək 5 cütlük arasında ikinci yeri tutublar. Onlar bu nəticə ilə yarımfinal mərhələsinə vəsiqə qazanıblar.Yığmanın medal ümidlərindən olan idman gimnastları Oleq Stepko və Petro Paxnyuk 31 idmançının qoşulduğu yarışda birinci təsnifat mərhələsini başa vurublar. Onların ümumi nəticələri yarışların gedişatı zamanı məlum olacaq.İki idmançımız isə uğusuzluqla üzləşib. On metr məsafədən tapançadan atəş açma yarışında təmsilçimiz Ruslan Lunyov final mərhələsi üçün lazımı nəticəni toplaya bilmədiyi üçün medallardan kənarda qalıb.Boksçumuz Rüfət Hüseynov isə elə ilk görüşdəcə namibiyalı idmançıya məğlub olub. O bürünc medal uğrunda mübarizə aparmaq üçün afrikalının finala yüksəlməyini gözləməlidir.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler