Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əks halda Ali Baş Komandan kimlerise cezalandırmaq mecburiyyetinde qalacaq”

04 Eylül 2016

7:48 pm


04/09/2016 [23:42]: xeber –
Qoşunların təmas xəttində 2016-cı ilin aprelin əvvəllərində baş vermiş məlum hadisələrdən 150 gündən çox vaxt keçir. Bu müddət ərzində Şəhid olan, yaralanan və xəsarət alan şəxslərlə bağlı dövlət və hökumət orqanları tərəfindən lazımı işlər görülsə də, çox təəssüf ki, nə Müdafiə Nazirliyi, nə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən həmən döyüşlərin iştrakçıları olmuş əsgər və çavuşların, həmçinin zabit və gizirlərin “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi istiqamətində demək olar ki, heç bir addım atılmamışdır. Bəlkə də, hansısa işlər görülür, amma reallıq ondan ibarətdir ki, son günlər o şərəfli döyüşlərin iştrakçısı olmuş dəyərli qardaşlarımızın, onların yaxınlarının saysız-hesabsız müraciətləri, o cümlədən mənim istər Bakı şəhərində, istərsə də ayrı-ayrı şəhər və rayonlarda bu işlərlə yaxından maraqlanmağımdan sonra məlum olanı odur ki, hamı nəyisə gözləyir. Burdan hörmətli müdafiə naziri general-polkovnik Zakir Həsənova, SHXÇDX-nin rəhbəri general-leytenant Arzu Rəhimova müraciət edirəm ki, cənab cavabdeh şəxslər. Həm hərbi xidmətdə hazırda olan əsgər və zabitlər, o cümlədən ehtiyata buraxılan insanlar torpaqlarımızı işğalda saxlıyan erməni yaramazlarına qarşı göstərdikləri misilsiz qəhrəmanlıqların əvəzində Sizdən çox da böyük olmayan bir işin görülməsini səbirsizliklə gözlüyürlər. Onların statuslarını rəsmiləşdirmək. Bunun üçün isə Siz sadəcə balaca bir Əmr və Sərəncam imzalamalısınız.(“Veteranlar haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU)Bu Qanun 1992-ci il dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasının qəbul etdiyi prinsiplərə uyğun olaraq müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanları veteranlarının statusunu, veteranlar barəsində Azərbaycan Respublikası dövlət siyasətinin əsaslarını təsbit edir. Qanun veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimləyir, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirir.Maddə 3. Müharibə veteranlarıAşağıdakılar müharibə veteranları sayılırlar:Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər.M a d də 7.Veteran adlarının və vəsiqələrinin verilməsiMüharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq Müdafiə Nazirliyindən və SHXÇDX-dən xahiş edirəm ki, onlar bu məsələnin tez bir zamanda həlli üçün lazım olan addımları həyata keçirsinlər. Əks halda, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimlərisə çox ciddi və sərt şəkildə cəzalandırmaq məcburiyyətində qalacaqdır.”Müharibə Veteranı” adı və Vəsiqəsinin tez bir zamanda buna haqq etmiş aprel döyüşlərinin iştrakçılarına verilməsi həm də çox böyük hərbi-vətənpərvərlik mənasını daşıyır.Üzeyir Cəfərov, tanınmış hərbi ekspert


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler