Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əkrem Hesenovdan Quranı yeniden yazan genc şaire cavab -“Onlara yalnız azğınlar uyar!”

06 Ekim 2016

12:56 pm


06/10/2016 [16:52]: xeber –
Gənc şair Şəhriyar Del Gerani Quranı yenidən yazacağını bəyan edib. Şairin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov sayt-a açıqlamasında Şəhriyar Del Geraninin fikirlərinə münasibət bildirib:“Allah təala Qurani Kərimdə bəzi şairləri məzəmmət etmişdir. Elə şairlər vardır ki, onlar sərgərdan gəzər, nə danışdıqlarını bilməzlər. Xüsusi ilə Allah təalanın ayələrinə qarşı çıxan, ona bənzər sözlər dediyini iddia edən şairləri Allah təala Qurani Kərimdə tənbeh etmişdir. Allah təala buyurur: “Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar! Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!) Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!) Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!” (Şüara surəsi, 224-227). Bax bu ayələrdə uca Allah özündən müşəbbeh şairləri, Allah kimi kəlam deyəcəyini iddia edən aşirləri aşağılamışdır. Bunun da səbəbi o idi ki, Peyğəmbərin zamanında Peyğəmbərə və onu peyğəmbər göndərən Allaha qarşı çıxan şairlər var idi. Bildiyimiz kimi ərəb şeri və ədəbiyyatı o dövrdə güclü idi. Çoxlu şairlər, musiqiçilər var idi. Hətta Peyğəmbərin zamanında şairlərdən biri iddia etdi ki, mən bu Qurandan daha yaxşı kitab gətirə bilərəm. Allah təala Öz ayələrini inkar edənlərə, ona bənzər kitab gətirəcəyini iddia edənlərə və Qurana bənzər kitab gətirəcəyini deyən belələri haqqında ayələr nazil etmişdir: “Yoxsa “bunu yalandan düzəltmişdir” deyirlər? De: “Belə isə əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və (bu işdə) Allahdan başqa kimi bacarırsınızsa köməyə çağırın” (Yunus surəsi 38). Allah təala digər bir ayədə belə buyurur: “De: “Şübhəsiz, əgər insan və cin tayfası bu Quranın bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər” (İsra surəsi 88). “Hud” surəsinin (bu surə də Məkkədə nazil olmuşdur) 13 və 14-cü ayələrində deyilir: – Yoxsa “o, bunu (Quranı) özündən uydurmuşdur!” deyirlər! De: “Əgər doğruçusunuzsa, siz də onun kimi on uydurma surə gətirin və Allahdan başqa, kimi bacarırsınız çağırın”. Allah təala Bəqərə surəsinin 23-cü ayəsində belə buyurur: “Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, doğruçusunuzsa siz də bir surə gətirin”. Bütün bu və ya başqa buna bənzər çoxlu ayələrdə Allah təala açıq aşkar insnalara xəbər vermişdir ki, onlar Qurana bənzər nə bir ayə, nə də surə gətirə bilməzlər. Əslində Allah təala bu ayələri ilə Ona qarşı gələnlərə meydan oxumuşdur. Hətta Peyğəmbərin zamanında Qurana bənzər kəlam gətirəcəyini deyən bəzi şairlər də dedikləri sözlərədn ötrü məsxərə olunmuşdular. Çünki, həqiqətən də Allahın kəlamına bənzər bir kəlam heç zaman heç kim gətirə bilməzdi. Peyğəmbərin həyatında Qurana bənzər kitab gətirən şairlərdən Nəbiğə əz-Zubyan, Əntərə bin Şəddad, Züheyr bin Əbu Səlma, Yəbeyd bin Rabia kimi cahiliyyə dövrünün şairləri də bunu iddia etmiş, amma məsxərəyə məruz qalmışdılar. Çünki, onlar gətirdiyi sözlərin heç bir mənası, hikməti və əhəmiyyəti yox idi. Bu yolla Quran bütün əleyhdarlarını onunla mübarizəyə və ona bənzər bir surə gətirməyə dəvət edir ki, düşmənlərin acizliyi Quranın səmavi vəhy olduğuna, ilahi peyğəmbər tərəfindən gətirildiyinə aydın dəlil olsun. Gördüyünüz kimi, Quran misli görünməyən şəffaflıq və qətiyyətlə meydan oxuyur. Şəffaflıq və qətiyyət onun haqq olmasına əyani sübutdur. Quran olduqca aydın və möhkəm tərzdə bütün dünya əhlini, onun yaranış mənbəyi ilə əlaqəsində bütün qərarsız insanları ona bənzər bir kitab gətirməyə dəvət edir. Dəvətlə yanaşı meydan oxumaqla mübarizəyə təşviq və təhrik edir, hətta ayələrdə onların mənliyinə toxunan ibarələrdən istifadə edir. Bunların bəzilərini yuxarıda qeyd etdik”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler