Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əkrem Əylisli prokurorluğa çağırıldı

05 Eylül 2016

4:48 pm


05/09/2016 [20:47]: xeber –
Yazıçı Əkrəm Əylisli Bakı şəhər Prokurorluğuna çağırılıb.Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O, bildirib ki, sabah saat 16.00-da Əkrəm Əylisli ilə birlikdə müstəntiq Asəm Səfərəliyevin yanına dəvət edilib.Vəkil əlavə edib ki, hansı istintaq hərəkəti ilə bağlı çağrıldıqlarından hələ ki, xəbəri yoxdur.Qeyd edək ki, Ə. Əylisli martın 30-da Heydər Əliyev beynəlxalq hava limanında saxlanılıb, sonra isə sərbəst buraxılıb. Onun barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib. Yazıçıya qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə qaldırılmış cinayət işi sonradan Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler