Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Əkizlerimin atasız böyümesini istemirem…” – Xoşqedem

14 Eylül 2016

7:44 pm


14/09/2016 [23:43]: xeber –
“Qorxuram ki, birdən uşaqlara nə isə olar, kimsə qucağına alanda yıxılar. İşə belə gələndə uşaqlarıma baxıram, evdə kamera var. Onlar üçün çox darıxıram. Qorxu ilə yaşadığıma görə, Doğuş da məni danlayır. Deyir ki, niyə beləsən? Nədən qorxursan? Ailəmiz uşaqlarımın yanındadır, yenə də həyəcan keçirirəm”.sayt xəbər verir ki, əkiz oğul anası teleaparıcı Xoşqədəm Hidayətqızı teleqraf.com-a müsahibəsində şəxsi həyatı ilə bağlı maraqlı məqamlara toxunub.Hazırda Azərbaycanda olan aparıcı Türkiyədə olan həya yoldaşını qısqanmadığını da deyib:”Bəlkə də fikirlərim birmənalı qarşılanmayacaq. Ancaq tam səmimi etiraf edirəm ki, Doğuşu heç vaxt qısqanmıram. İstər iş, istərsə də ailə həyatında insanların bir-birinə inamı varsa, orada inamsızlıqdan söhbət gedə bilməz. Doğuş ailəsinə, övladlarına bağlı insandır. X.Hidayətqızı bildirib ki, Doğuş onun işləməyini istəməsə də, bu barədə onu raza sala bilib.”Bu mövsümdə mənim təkrar ekranlara dönməyim gözlənilmədən baş verdi. Çünki o, mənim çalışmağımı istəmirdi. Ancaq sonra Doğuşu razı sala bildim. Doğrudur, Doğuşa uşaqlardan ayrı qalmaq çox çətindir. O, uşaqları çox sevir. Düşünün ki, başqalarının övladına doğmasına kimi yanaşan insan öz övladını necə sevər? Mənim üçün də bu, çox çətindir. Uşaqlarımın atasız böyüməsini, ata üzünə həsrət qalmasını istəmirəm. Ümumiyyətlə, mən həmişə oğlan uşaqlarından qaçmışam (gülür ). Çünki oğlanları böyütmək çox çətindir. 20 yaşında ana olmamışam. 40 yaşında ana olmaq çox böyük məsuliyyətdir və insan tamamilə fərqli olur. Sən də uşaq kimi olursan (gülür). Ona görə bir az çətindir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler