Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əkiz qardaşlar Prezident teqaüdçüsü oldu

16 Eylül 2016

7:48 am


16/09/2016 [11:47]: xeber –
2016-2017-ci tədris ilində Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan əkiz qardaşların hər ikisi – Nurlan Nəzərəliyev və Rəvan Nəzərəliyev 2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Prezident təqaüdçüsü adını qazanıblar. BANM-in rektoru Elmar Qasımov əkiz qardaşları qəbul edərək onları bir daha təbrik etdi və təhsildə uğurlar arzuladı.Xatırladaq ki, bu ilki qəbul imtahanında iki qardaş – Nurlan Nəzərəliyev 685, Rəvan Nəzərəliyev isə, 700 bal toplayıb. Hər ikisi ixtisas seçimində BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ni seçərək Ali Məktəbin tələbəsi olublar.Qeyd edək ki, əkizlərin qardaşı Rəşad Nəzərəliyev də Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alır, o, artıq IV kurs tələbəsidir. Rəşad Nəzərəliyev BANM-ə 677 balla daxil olub. Beləliklə, bir ailənin üç övladı BANM-də təhsil alır. Onların hər üçü Xırdalan şəhər 5 saylı tam orta məktəbdə təhsil alıblar.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler