Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əjder Olun yaradıcılığına hesr olunmuş bedii-qiraet müsabiqesi keçirildi

18 Ekim 2016

8:56 am


18/10/2016 [12:52]: xeber –
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin, və S.Vurğun adına Mərkəzi Kitabxananın birgə təşkilatşılığı ilə şair Əjdər Olun yaradıcılığına həsr olunmuş bədii-qiraət müsabiqəsi keçirilib. Şairin özünün də qatıldığı müsabiqə S.Vurğun adına Mərkəzi Kitabxanada keçirilib. Müsabiqədə Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabna Sisteminin oxucuları iştirak ediblər.Tədbiri giriş sözü ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov açıb. O, bildirib ki, belə müsabiqələrin təşkili oxucuların ədəbi zövqünün formalaşmasında, kitaba marağının artmasında böyük rolu olur. Odur ki, biz hər şeyi uşaqlardan başlamalıyıq. Cünki, bizim davamçımız onlardır. Oxuculara müsabiqədə uğurlar arzulayan idarə rəisi Əjdər Ola öz xoş arzularını çatdırıb.Daha sonra AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan Əjdər Olun yaradıcılığı haqqında danışıb və müsabiqənin şərtləri haqqında məlumat verib.AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvanın, Əjdər Olun və S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşı Natavan Axundzadənin münsifliyi ilə keçirilən müsabiqənin sonunda Zəhra Bəşirli I yerə, İlahə Bağıyeva və Nigar Mehtiyeva II yerə, Xoşqədəm Bağıyeva, Aytac Hüseynova və Nəzrin Hüseynova III yerə layiq görülüblər.Qaliblərlə birlikdə müsabiqədə fərqlənən digər iştirakçılar da fəxri-fərman, pul və şairin kitabları ilə mükafatlandırılıblar.Bundan başqa 2016–cı il ərzində oxucular arasında keçirilən bədii–qiraət müsabiqələrinin təşkilində səmərəli fəaiyyətinə və bu müsabiqələrdə şöbənin uğurlarına görə S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova, Əjdər Olun poeziyasına həsr olunmuş bədii-qiraət müsabiqəsinin təşkilində fəal iştirakına görə N.Gəncəvi adına Uşaq Kitabxana-Klubun böyük kitabxanaçısı Səadət Allahverdiyeva, bölmənin tədbirlərinin işıqlandırılmasında xidmətinə görə Mədəniyyət və Turizm İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Sevinc Bəhmənli, bədii-qiraət müsabiqələrinin təşkilində yaxından köməyinə görə S.Vurğun adına Mərkəzi Kitabxananın Metodika və Biblioqrafiya şöbəsinin böyük metodisti Natavan Axundzadə AYB Sumqayıt bölməsi tərəfindən mükafata layiq görülüblər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler