Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əjder Olun “Canlı letifeler”i Moskvanın nüfuzlu neşriyyatında çap edildi

19 Temmuz 2016

11:00 am


19/07/2016 [14:58]: xeber –
Tanınmış yazıçı və şair Əjdər Olun “Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabı  “Крылатые слова, изречения, эпизоды из жизни наших знаменитых  и рядовых современников (Məşhur və sıravi müasirlərimizin  həyatından qanadlı sözlər, deyimlər, əhvalatlar ”) adı ilə  Moskvanın məşhur “Xudojestvennaya literatura”  nəşriyyatında işıq üzü görüb. sayt xəbər verir ki, kitabı rus dilinə çevirən və “ tərcüməçidən”  başlıqlı ön sözün müəllifi,  əməkdar incəsənət xadimi, qocaman tərçüməçi  Siyavuş Məmmədzadədir.  Eyni zamanda müəllifin  “Kitaba dəvət” adlı kiçik yazısı da yer alıb nəşrdə.256 səhifəlik, qalın üzlü və nəfis poliqrafiya ilə çap edilən kitab nəşrə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən hazırlanıb. Nəşrin məsləhətçisi Səlim Babullaoğlu, redaktoru N. Jilsova, nəşrə məsul N. Bazanova, dizayn və bədii tərtibatçı  isə Q. Kotlyarovadır. “İştirakçı qismində xalqdır” epiqraflı  “Tərcüməçidən” yazısında Siyavuş Məmmədzadə yazır:  “Qanadlı  sözlər, deyimlər, əhvalatlar yazılmış üz qabığına ötəri nəzər salanlara  ilk baxışdan elə gələ bilər ki, bu kitab yalnız əyləndirmək üçün nəzərdə tutulan bir oxu vasitəsidir. Amma burdakı gülüş, təbəssüm saçan  yumor dolu  hadisələr oxucunu heç də yalnız güldürmək, şənləndimrək və əyləndirmək məqsədi güdümr. İstedadlı  və itigözlü müəllifin uzun illər ərzində apardığı qeydlərdə başqalarından eşitdiyi və bilavasitə gördüyü, şahidi olduğu elə hadisələr həkk olunub ki, rəngarəngliyinə, əlvanlığına rəğmən milli varlığı, varolmanı sanki bənd-bənd faş edən ciddi, dəruni əsəb hüceyrəsini gizlədir özündə…”Nəşrin məsləhətçisi, Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlunun fikrincə, kitabın Moskvada nəşri Azərbaycan ədəbiyyatı adına ciddi uğurdur: “Rus nəşrinin olması olduqca sevindiricidir. Bu kitab daha əvvəl Türkiyədə də nəşr edilmiş və böyük oxucu marağına səbəb olmuşdu. İndi isə rus nəşri baş tutdu. Rus aduitoriyası fikrimcə kitabı maraqla qarşılayacaq. Çünki bu auditoriya Faina Ranevskayanın, Arkadi Raykinin və onlarla başqalarının dillər əzbəri olan “bədii zarafat”ları ilə tanışdır. Düşünürəm ki, Əjdər Olun kitabı Moskva mühitində yetərincə uğurla qarşılanacaq, oxucu marağına səbəb olacaq. Çünki Əjdər Ol nasir kimi, hekayə ustası kimi çağdaş ədəbiyyatımızın əvəzolunmaz ismidir. O “portret- hekayə” janrının banisidir. Milli ədəbiyyatımızda və əslində mən Əjdər Olun bu kitabını onun bənzərsiz portret hekayəçiliyini doğurmuş fenomen hesab edirəm. “Kitaba dəvət” yazısında müəllif  bu kitabını bitmiş hesab eləmir. Elə mən də istəməzdim ki, nə bu əhvalatlar, nə də hekayələr bitsin, əksinə, istərdim ki, Əjdər Ol bu əhvalatları həmişə yazsın…”Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler