Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Əhmedin meyitini gören kimi özümden getdim” – Şehid mayorun heyat yoldaşı…

18 Eylül 2016

6:56 pm


18/09/2016 [22:53]: xeber –
Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni işğalçılarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub. Həmin vaxtı Əhməd Abdullayev və Fərid Əhmədov birlikdə şəhid oldular. Əhməd Abdullayev yaralı halda geri qayıdaraq neytral ərazidə şəhid oldu. Fərid Əhmədovun meyiti isə Milli Qəhrəman Mübariz İbrahimovun meyiti ilə birlikdə sonradan vətənə gətirildi. Biz sayt olaraq torpaqlarımızın azadlığı uğrunda şirin canından keçən bütün şəhidlərimizin ruhunun qismən də olsa rahatlıq tapması üçün bu dəfə daha bir şəhid ailəsində qonaq olduq. Beləliklə, şəhid mayorumuz Əhməd Abdullayevin ailəsi ilə görüşüb onunla bağlı kövrək xatirələri oxuculara təqdim edirik.Bizi şəhidimizin həyat yoldaşı Ulduz xanım və iki oğlu – Hüseyn və Nihat qarşıladı. Söhbətimizə Ulduz xanımla başladıq.Ulduz Abdullayeva:“Mənə dedi ki, Ulduz, mənə bir şey olsa, uşaqlarımı sən böyüdəcəksən…”“Əhməd zabit kimi ilk olaraq Gəncə şəhərində xidmət edirdi. 2005 – ci ildə biz ailə qurduq. Mən sevinirəm ki, Əhməd kimi bir adamı tanımışam. 2006 – cı ildə böyük oğlum Hüseyn dünyaya gəldi. 2008 – ci ildə isə ikinci oğlum Nihat dünyaya gəldi. Elə igidin iki övladını böyütdüyümə görə sevinirəm. Fikirləşirəm ki, Əhməd kimi bir insan yer üzünə bir də gələ bilməz. Ona oxşar ola bilər kimsə, ancaq Əhməd bir nəfər olub və o, da bu evdə olub. Mən övladlarıma da deyirəm ki, siz Əhmədin yolunu davam etdirməlisiniz. 2010 – cu ilin yanvar ayında Əhməd Tərtərə yollandı. İyul ayında isə gəlib bizi də yanına apardı. Hər dəfə Əhməd növbəyə gedəndə narahat olurdum. Deyirdim ki, Əhməd, bizi bura gətirmisən, amma özün hər dəfə növbəyə gedirsən. Dedi ki, Ulduz, hər dəqiqə, hər saat nəsə ola bilər. Səndən xahiş edirəm hər şeyə hazır ol. Dedim ki, Əhməd, sən nə danışırsan. Sən məni gətirib bura qoymusan və hələ deyirsən ki, hər şeyə hazır ol. Mənə dedi ki, Ulduz, mənə bir şey olsa, uşaqlarımı sən böyüdəcəksən. Mən də deyirdim ki, mən sənsiz uşaq böyüdə bilmərəm.Biz fikirləşə bilmirdik ki, Əhmədsiz yaşaya bilərik. İndi görürəm ki, yaşamaq olar. Ancaq yarımçıq yaşayırsan, içdən sevinə bilmirsən. Mənim başıma gələn hadisə heç vaxt istəmərəm ki, kiminsə başına gəlsin. Aprel döyüşləri zamanı o qədər ağladım ki, deyirdim o, analar – bacılar mənim çəkdiyimi çəkir indi.“Birdən dedi ki, gəlin üçünüzü də birdən qucaqlayım…”Şəhid olmamışdan üç gün qabaq evə gəlib dedi ki, bu gün qurban kəsirik. Dedi ki, sağ – salamat getdik – gəldik. Heç bir ananın gözü yaşlı qalmadı. Əsgərlərimi necə aparmışdım, elə də qaytardım. Həmin günü mənə də yemək bişirtdirib əsgərlərə apardı. Sentyabrın 4 – ü gedəndə dedi ki, o qədər narahatam, bir ayağım gedir, biri getmir. Hüseyn çıxıb dedi ki, ata, mənə maşın sürməyi öyrədəcəksən? Dedi ki, hə, oğlum. Ancaq atanın bir ayağı gedir, bir ayağı getmir. Nihatı da çağırdı və iki oğlumun ikisini də qucaqladı. Ancaq bir ayağı qapının bayır tərəfində, bir ayağı isə içəri tərəfdə idi. Birdən dedi ki, gəlin üçünüzü də birdən qucaqlayım. Ola bilər də işdi, başıma nəsə gələr. Mən dedim ki, Əhməd, sən nə danışırsan, işdi nədir. Bizi burda kimin yanında qoyursan? Əhməd bizimlə sağollaşıb getdi.“Dedim ki, mən onun həm qardaşıyam, həm də anası…”Səhərə yaxın əmisi oğlu Zaur zəng edib dedi ki, Əhməd hardadı? Dedim ki, Əhmədə nəsə olub yoxsa, mənə demirsiniz? Həmin vaxt oruc tuturdum. İmsaka qalxmışdım gördüm ki, boğuluram. Sonra gördüm ki, qaynım zəng vurub dedi ki, Əhməd hardadı? Dedim ki, nə olub hamınız mənə tezdən zəng vurursunuz? Bir də gördüm ki, Əhmədin dostu zəng vurdu ki, bəs Əhməd yaralıdı və biz gəlirik sizi onun yanına aparaq. Məni Tərtər xəstəxanasına apardılar. Bizi ora aparanda orda çoxlu adam var idi. Məni içəri buraxmadılar. Dedilər ki, ya anası gəlməlidi, ya da qardaşı. Dedim ki, mən onun həm qardaşıyam, həm də anası. Mən xəstəxanadan bayıra çıxdım. On beş dəqiqə sonra gedib Əhmədin olduğu otağa girdim. Gördüm ki, Əhmədi otaqda uzadıblar. Əhmədin meyitini görən kimi özümdən getdim. Bir də oyandım ki, gördüm əsgərlər məni oyadırlar. Əsgərlərinə dedim ki, niyə qoydunuz ki, onu öldürdülər? (Ağlayır). Sonra rayona gətirib dəfn etdik.Biz onun yoxluğunu qəbul edə bilmirik. Süfrə açanda ona da qab qoyuruq. Böyük oğlum Hüseyn atası kimi danışır. Nihat isə atası kimi yemək yeyir. Atası kimi bir az da səbrsizdi. Hər dəfə yuxuma girir. Mən yaşaya bilmirdim. Deyirdim ki, özümü öldürəcəm. Bir dəfə yatdım Əhməd yuxuma girdi. Dedi ki, Ulduz, məni boğursan, Nihatdan muğayat ol. Həmişə darıxanda yuxuma girir. Deyir ki, mən həmişə yanınızdayam. Hüseyn birinci sinifə gedəndə dedi ki, ya atam gəlsin, ya da əmim. Mən məktəbə getmirəm. Mən də zəng vurdum qaynıma və qaynım gəldi onu məktəbə apardı. Bizim üçün Əhmədsiz çox çətindi. (Ağlayır)”.Hüseyn və Nihat da ataları haqda xatirələrini bizimlə bölüşürlər.Nihat Abdullayev:“Atamı şəkilləri ilə xatırlayıram. Onda mənim iki yaşım var idi, atam şəhid oldu. Mən də atamın yolunu davam etdirmək istəyirəm. Atam kimi oxumaq, atam kimi bir şəxsiyyət olmaq istəyirəm. Böyüyəndə mən də zabit olacam”.Hüseyn Abdullayev:“Atamın şəhid olmağı yadıma gəlir. Onda dörd yaşım var idi. Atamsız çox çətindi. Məktəbdə atamla bağlı çox suallar verirlər. Mən də onlara atamın döyüş yolundan danışıram. Mən böyüyəndə polis olacam. Atamın yazdığı bir şeir var. Onu oxumaq istəyirəm.Kurtuluş, ey nazlı, sevimli pəri,Gönüldən vurğundur sənə Azəri.Dişimlə kırarım bir gün gəlir də,Bağrına saplanan qanlı xəncəri.Yaşa ey həsrətlə doğan İstiklal,Yaşa ey türk, yaşa ey gözəl Hilal.Şəhidimizin ailəsi ilə birlikdə həm şəkillərinə, həm də qeyd dəftərçəsinə baxırıq. Əhməd Abdullayev qeyd dəftərçəsinin girişində bu sözləri yazıb: “Orduda xidmət etməyən heç kəs, cəmiyyətdə hörmət qazana bilməz”.Sonda şəhidimizin ailəsinə başsağlığı verib oradan ayrılırıq. Allah şəhidlərimizə rəhmət eləsin.Vasif Əlihüseyn


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler