Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Əhaliye qiymet artımından deyen zereri kompensasiya etmek lazımdır”

09 Eylül 2016

9:20 am


09/09/2016 [13:19]: xeber –
“Hazırda çox dəhşətli hal yaşanır. Qimətlər qalxır, dollar qalxır, banklar bağlanır, kredit vermək qabiliyyəti azalır, əhali kredit borcunu qaytara bilmir. Bütün bunlar indiyə qədər buraxılan ciddi səhvlərin nəticəsidir. Əvvəldən gərək manatı şişirdib, dolları öldürməyəydik. Dolların elə əvvəlcədən qalxmalı idi, o zaman camaat da bilərdi ki, dollar bahadır. Çox səhv edib dolları aşağı saldıq, manatı artırdıq, dollarla kredit verdik. İndi də bunun qarşısını alanda camaat əziyyət çəkir. Əhaliyə qiymət artımından dəyən zərəri müəyyən qədər kompensasiya etmək lazımdır”. Bu fikirləri sayta açıqlamasında sabiq millət vəkili, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev deyib. Ə.Əlirzayev üçüncü devalvasiyanın qarşısını almaq üçün həyata keçirilməli tədbirlərdən danışıb: “Artıq üçüncü devalvasiyadır, dolların qiyməti 1.80 manatdır. Növbəti devalvasiyanın qarşısını almaq üçün dollardan asılılığı aradan qaldırmaq lazım idi. O da bir günlük məsələ deyil. Dolların qiyməti qalxsa da, manat qiymətdən düşməməli idi. Məsələ də burasındadır ki, manat da qiymətdən düşdü, alıcılıq qabiliyyəti aşağı endi, qiymətlər qalxdı. Devalvasiyanın daha ciddi fəsadlar verməməsi üçün mütləq bunların qarşısı alınmalı idi. Bunun üçün gərək ölkədə məhsul bolluğu ola, ölkədə məhsul istehsalı çoxala. Yerli istehsal xaricdən gələn məhsullara tələbatı azalda, alıcısı çoxala, qiymətlər dövlət tərəfindən tənzimlənə. Bunu müəyyən qədər datasiya ayırmaq, istehsalı artırmaq yolu ilə nail olmaq olar. Digər tərəfdən sosial müdafiə tədbirləri həyata keçirmək lazımdır. Əmək haqqının, pensiyanın indeksasiyası lazımdır. Bunlar olduqda qiymət artımı əhaliyə bir o qədər də təsir etməz. Çünki qtisadiyyat bir inkişaf səviyyəsindən başqa səviyyəyə keçəcək. Qiymət qalxdıqca ümumdaxili məhsul da çoxalacaq və əhalinin aldığı pay da çoxalacaq. Aldığı pay da çoxalanda əhalinin iqtisadi vəziyyəti dəyişməyəcək. Sadaladığım bu və ya digər nəzəri metodoloji aspektdən problemi həll etmək olar, amma kim həll edəcək bilmirəm…”Professor onu da qeyd edib ki, devalvasiyanın vurduğu zərəri azaltmaq üçün güclü siyasət lazım idi: “Biz bu barədə işləri çoxdan həyata keçirməliydik. Düzdür, qlobal masştabda deyirlər ki, kənd təsərrüfatını, qeyri neft sektorunu inkişaf etdirək, dolların gəlişini artıraq. Dolların ölkəyə gəlişi də ancaq neftdən asılıdır. Bunun qarşısını almaq üçün də tamamilə neftsiz bir ölkə kimi iqtisadi siyasət yürütmək lazımdır. Bu gün bazara getmişdim, bütün tikinti materiallarının qiyməti iki dəfə artıb. Çünki həmin materiallar xaricdən gəlir, özümüz istehsal edə bilmirik. Həmin materialları özümüz istehsal etsəydik, əlbəttə ki, qiymət artımı olmazdı. Digər bir məsələ də var ki, xaricdən gələn məhsulların daha çox bahalaşmaması üçün də müəyyən qabaqlayıcı tədbirlər görmək olar. Əlavə dəyər verisini azaltmaq olar, gömrükdə müəyyən tədbirlər həyata keçirmək olar. Ancaq bütövlükdə devalvasiyanın qarşısını almaq inzibati yolla yox, iqtisadi yolla mümkündür. İnzibati yolla nəsə etmək çox çətin olar. Düzdür, ölkədə ümumi inkişaf gedir, ancaq bu inkişafı qabaqlayan, bu inkişafla tarazlıq siyasətini qurmaq üçün mütləq əhalinin rifahını təmin etmək lazımdır”.Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler