Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əhali banklardakı emanetlerini ehtiyac üzünden geri çekir -İqtisadçı şerhi

09 Temmuz 2016

6:32 am


09/07/2016 [10:28]: xeber –
İqtisadçı alim Qubad İbadoğlu əhalinin banklarda olan əmanətlərini geri çəkmələrinin səbəblər haqda düşüncələrini sosial şəbəkədəki səhifəsində bölüşüb. sayt tanınmış iqtisadçının şərhini oxuculara təqdim edir.***  Son 5 ayda əhalinin banklarda olan əmanətləri 2 milyard manat və ya 20,1% azalıb. Bunun başlıca səbəbi banklara əhali tərəfindən olan etimadsızlıqdır. Çünki, son zamanlar bankların maliyyə vəziyyətində müşahidə olunan qeyri-sabitlik əmanətçilər arasında ciddi narahatçılığa səbəb olub. Belə ki. bu ilin yanvar-may aylarında kredit qoyuluşunun 8,9 faiz azalması ilə yanaşı problemi kreditlərin həcminin 9,9 faiz artması onsuz da iqtisadi durumu pis olan bankların inamı daha da sarsıdıb. Texnikabankdan sonra Standart bankda maliyyə gərginliyini yaşayan müştərilərin vəziyyətinə düşməməyin yolunu digər banklardan da depozitlərini geri çəkməkdə görən əmanətçilərin sayının xeyli artması və onun getdikcə kütləvi xarakter alması bank sistemi üçün ciddi siqnal hesab oluna bilər. Təəssüf ki, nəinki Mərkəzi Bank, hətta Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi də bu prosesləri müşahidə mövqeyindədir. Əhalinin banklardan əmanətlərini geri çəkməyinin digər səbəbini isə əhalinin getdikcə yoxsullaşması, əvvəlki kimi dolana bilməməsi ilə izah etmək olar. Bu isə Azərbaycan iqtisadiyyatının kiçilməsinə görə bağlanan biznes strukturlarının, məhdudlaşan investisiya layihələrinin, ixtisar olunan iş yerlərinin, dəyərsizləşən əmək haqqı və pensiyaların, eləcə də bahalaşan qiymətlərə görə artan xərclərin yaratdığı yeni sosial-iqtisadi mühitin müasir tələbləri kimi qiymətləndirilə bilər. Bü mühitdə xüsusilə də orta təbəqənin şəxsi ehtiyatların tükənməsi onların bank yığımlarını geri çəkib istehlaka yönəltməsini şərtləndirir. Bu isə nə banklar və nə də depozitlərini geri çəkən müştərilə üçün yaxşı perspektiv vəd etmir. Çünki, bu əməliyyat nəticəsində hər iki tərəf, həm banklar və həm də əmanətçilər potensial qazanclarından məhrum olurlar.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler