Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Əger Qarabağ problemi olmasaydı…” – Ramiz Mehdiyev

13 Temmuz 2016

7:28 am


13/07/2016 [11:27]: xeber –
“Azərbaycan diasporlarının fəaliyyətində uğurlarla yanaşı, ciddi problemlər də var. Odur ki, istər respublikanın daxilində, istərsə də onun hüdudlarından kənarda olan azərbaycanlılar hər hansı ixtilaf və anlaşılmazlıq, xüsusən də qarşıdurma və toqquşma hallarından qaçmalı və belə halların qarşısını almalıdırlar”.sayt xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyev “Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili” məqaləsində qeyd edib. R. Mehdiyev bildirib ki, diasporumuz mövcud problemlərin həllində başqa diaspor təşkilatları ilə alyanslar strategiyasından geniş istifadə etməlidir: “Türkiyə diasporu, habelə başqa ölkələrin, o cümlədən postsovet respublikalarının diasporları ilə əməkdaşlıq bu baxımdan daha səciyyəvidir. Belə ki, Türkiyə diasporu ictimai-siyasi aksiyaların, mədəniyyət və matəm tədbirlərinin, məsələn, Xocalıda azərbaycanlıların soyqırımına həsr olunmuş tədbirlərin keçirilməsində bizimlə daim birlik nümayiş etdirir, bizə dəstək göstərir və iştirak edir, bizim diasporumuz isə onları Türkiyə hökumətinə siyasi təzyiq vasitəsi kimi istifadə olunan qondarma “erməni soyqırımı”nın süni şişirdilməsinə qarşı mübarizədə dəstəkləyir.Əlbəttə, ölkəmiz Azərbaycan diasporunun üzvlərinin (çoxsaylı olmasına baxmayaraq) yaşadığı ölkələrin daxili işlərinə qarışmamalıdır və heç vaxt qarışmayacaq. Amma respublika xarici ölkələrdəki həmvətənlərimizin siyasət, iqtisadiyyat, elm, təhsil və sosial həyatın müxtəlif sahələrində fəal iştirak etmək səyləri ilə bağlı təşəbbüslərini hər vəchlə dəstəkləməyə hazırdır.Əgər bu gün Azərbaycanın qarşısında həllinə görə ən mürəkkəb problem – Qarabağ münaqişəsi durmasaydı, tərəqqi xeyli yüksək, nailiyyətlər daha əhəmiyyətli olardı. Azərbaycan diasporunun fəaliyyətinin, onun dünya iqtisadiyyatına, mədəni, ictimai-siyasi strukturlara inteqrasiyasının prioritet istiqamətlərini erməni diasporu tərəfindən aparılan antiazərbaycan təbliğat, Dağlıq Qarabağ probleminin həllini tapmaması, ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunması müəyyən edir. Xarici ölkələrdəkihəmvətənlərimizin əsas fəaliyyəti məhz erməni işğalçıların Azərbaycan torpağında törətdikləri cinayətlərin ətraflı açıqlanması vəzifəsi ətrafında cəmləşməlidir.Aprel ayında Ermənistan-Azərbaycan qarşıdurması xəttində baş verən hadisələr və bu hadisələrin bir çox KİV-lər tərəfindən düzgün işıqlandırılması hələ də kimin üçünsə “cavabı tapılmamış” sayılan suala tutarlı cavab oldu: torpağımız kimin tərəfindən işğal olunub – Qarabağ “vətənpərvərləri”, yoxsa Ermənistan silahlı qüvvələri tərəfindən? Qarabağ müharibəsi lokal separatçı hərəkatın, yaxud kənardan kömək sayəsində qonşu dövlət tərəfindən əsaslı surətdə hesablanmış irimiqyaslı təcavüzün nəticəsidir? Erməni lobbisi uzun illər bütün səviyyələrdə sübut edirdi ki, Qarabağ münaqişəsinin səbəbi “Qarabağ ermənilərinin azadlıq hərəkatıdır”, hərçənd aydındır ki, Dağlıq Qarabağın azsaylı erməni icması Ermənistanın yardımı, habelə kənardan yardım olmadan Azərbaycan ərazisinin 20 faizini sadəcə işğal etmək iqtidarında deyildi.Bu fonda Azərbaycan diasporu Azərbaycanın həqiqi imicinin yaradılmasında, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri,əcnəbilərdə Vətəninin şərəfini müdafiə edən Azərbaycan xalqının əzəli tolerantlığı və vətənpərvərliyi, onun ərazi bütövlüyü və dövlət suverenliyi hüququ haqqında obyektiv biliklərin formalaşmasında getdikcə daha əhəmiyyətli rol oynamalıdır”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler