Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əfqanıstan Silahlı Qüvveleri 90-dan çox silahlını mehv edib – Son sutka erzinde

13 Ağustos 2016

3:12 pm


13/08/2016 [19:08]: xeber –
Əfqanıstan Silahlı Qüvvələri son sutka ərzində ölkənin bir sıra vilayətlərində apardığı hərbi əməliyyatlar zamanı 92 silahlını məhv edib.”Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Əfqanıstan Müdafiə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.Öldürülən silahlılar arasında ölkənin cənub-şərqində, Pakistanla sərhəd ərazidə yerləşən Paktika vilayətinin ayrı-ayrı rayonlarında 40 nəfər itki vermiş “Taliban” radikal qruplaşmasının üzvləri də var. Nazirliyin məlumatında, həmçinin elə bu vilayətdə hansı qruplaşmaya aid olduğu göstərilməyən daha 30 silahlının məhv edildiyi bildirilir. Vurğulanır ki, öldürülmüş silahlıların 9-u əcnəbi olub.Xatırladaq ki, Əfqanıstanda son aylarda vəziyyət xeyli pisləşib. Əvvəllər əsasən kənd və rayonlarda əraziləri nəzarətdə saxlayan “Taliban”çılar indi böyük şəhərlərə hücuma başlayıblar. Eyni zamanda, ölkədə İŞİD terror qruplaşmasının təsir qüvvəsi də artıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler