Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Əflatun Amaşovun yanaşması orijinal yanaşmadır, amma…”

08 Eylül 2016

3:48 pm


08/09/2016 [19:46]: xeber –
Bu günlərdə Mətbuat
Şurasının sədri Əflatun Amaşov qeyri-peşəkar jurnalistlərlə bağlı maraqlı
açıqlama ilə çıxış edib. Çap mediasındakı problemlərə qarşı mübarizə aparmağın
daha asan və effektiv olduğunu vurğulayan millət vəkili, savadsız, qeyri-peşəkar
şəxslərin onlayn mediada özlərinə yer tapdığını, elektron mediada məlum
problemin ciddi şəkildə hiss edildiyini bildirib.

Maraqlıdır, doğrudanmı
savadsız və qeyri-peşəkar jurnalistlər yalnız onlayn mediada mövcuddur? Həqiqətənmi
çap mediasında çalışan hər bir jurnalistlər peşəkarlıq göstəricisinin bütün tələblərinə
cavab verir? Ümumiyyətlə, çap və ənənvi media arasında belə bir bölgü aparmağın
özü nə dərəcədə doğru və məntiqlidir?

Məsələ ilə bağlı
sayt-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri,
media eksperti Arif Əliyev bu cür yanaşmanın doğru olmadığını vurğuladı:

“Mən ənənəvi və
onlayn mediası arasında hər cür bölgü və müqayisəyə şahid olmuşdum. Lakin belə
bir bölgüyə ilk dəfədir ki, şahidlik edirəm. Ə.Amaşovun məsələyə bu cür
yanaşması orijinal bir yanaşmadır və mən bu yanaşmanı doğru hesab etmirəm.
Düşünmürəm ki, qeyri-peşəkar jurnalistlər yalnız onlayn mediasında mövcuddur.
Ümumiyyətlə, düşünürəm ki, bu, dərin təhlil və izaha ehtiyacı olan bir yanaşma
deyil”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler