Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əflatun Amaşovdan Marneulideki seçkiye reaksiya: “Onu imtahanlar gözleyir”

31 Ekim 2016

7:40 am


31/10/2016 [11:39]: xeber –
“Mən də Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi, Gürcüstanda parlament seçkilərinin II turunun nəticələrini səbrsizliklə gözləyirdim. Diqqətim daha çox Marneulidəki 36-cı birmandatlı seçki dairəsinə yönəlmişdi”.Bunu Azərbaycan Mətbuat Şurasınıın sədri, deputat Əflatun Amaşov deyib.O, həmin dairədə yarışan soydaşımıza səbr və uğur da arzulayıb: “İlkin nəticələrə görə, “Gürcü Arzusu”nun ireli sürdüyü namizəd Tamaz Naveriani daha cox səs toplayib. Əhməd Imamquliyevə isə səs verənleri sayı xeyli azdır. Əlbəttə, bu, bir yarışdır. Tamazi təbrik edirəm, Əhmədə isə səbr arzulayıram. Onu irəlidə bu sayaq çox imtahanlar gözləyir. Əminəm ki, gələcədə səbri, gərgin zəhməti və xüsusi bacarığı onu arzuladığı hədəfələrə çatdıracaq”.Xatırladaq ki, səsvermənin ilkin nəticələrinə görə, Tamaz Naveriani – 74,61%, Əhməd İmamquliyev – 25, 39% səs alıb. Ə. İmamquliyev jurnalistlərə açıqlamasında seçkilərin düzgün keçirilmədiyini, T. Naveriani isə II tur seçkilərinin azad, şəffaf və demokratik keçirildiyini bildirib. (Strateq.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler