Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ədliyye Nazirliyindeki xidmet “STOP” problemini hell etmedi…

26 Ekim 2016

9:56 am


26/10/2016 [13:54]: xeber –
Beynəlxalq Bankla bağlı qalmaqal təzə ortaya çıxanda ölkədə tuthatut başladı. O günlərdə yüzlərlə adam harda ələ keçirdisə, tutub polisə aparırdılar. Bunu ona görə xatırlatdıq ki, o vaxtkı tuthatutdan sonra Azərbaycanda demək olar ucdantutma “STOP” qoyma prosesi başladılıb. Hazırda qeyri-rəsmi məlumata görə, on minlərlə vətəndaşın ölkədən çıxışına “STOP” qoyulub. Maraqlısı, həm də təəccüblüsü odur ki, həmin şəxslərin bir hissəsi ona qarşı bu qadağanın nə vaxt, niyə və konkret hansı dövlət qurumu tərəfindən qoyulmasından xəbərsiz olur. Belələri yalnız ölkə sərhədindən o tərəfə keçmək istəyəndə “STOP” qoyulduğu bildirilir, heç yerdən üzləşdiyi bu probleminə çarə tapa bilməyərək qalır. Əslində vətəndaşların çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə bilmələri üçün Ədliyyə Nazirliyində elektron xidmət fəaliyyət göstərir. Yeni xidmət “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır. Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə bilirlər. Həqiqətən, Ədliyyə Nazirliyindəki bu pulsuz xidmət ora müraciət edən hər kəsə onun ölkədən xaricə çıxışına qadağa qoyulub-qoyulmadığını asanlıqla müəyyən edir. Ancaq… Bu xidmətdən haqqında qadağa olmadığını dəqiqləşdirib arxayın biletini alıb, hətta dincəlməyə gedirsə, o məkanda özünü hoteldə yer sifariş edən şəxs hava limanında başqa mənzərə ilə üzləşir. Ona adıçəkilən nazirliyin həmin xidmətindən aldığı müsbət cavabın tam əksi bildirilir: “Sizin ölkədən çıxışınıza “STOP” qoyulub. Biletə ödədiyi pulunu ala bilməyən həmin şəxs araşdıranda məlum olur ki, ona ya Respublika Prokurorluğunda, ya baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, ya da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində  “STOP” qoyulub. Vətəndaşların üzləşdiyi bu qeyri-müəyyənlik  onları dövlətdən incik salır. Ədliyyə Nazirliyinin həmin xidmətindən ölkədən çıxışına “STOP” qoyulub-qoyulmadığını dəqiqləşdirə bilirsən, lakin bununla bağlı heç bir sənəd ala bilmirsən. Bu özü də problem yaradır. Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulanlarla bağlı vaxtaşırı məlumat yayır. Ancaq digər qurumların heç biri indiyədək nə qədər vətəndaşa, nəyə görə “STOP” qoyulduğunu açıqlamır. Bu indi vətəndaşlar üçün yaradılan ən böyük problemlərdən biridir. Ədliyyə Nazirliyindən başqa heç bir dövlət qurumunda isə bu problemlə üzləşənlərin müraciət edə biləcək ayrıca xidməti yoxdur. Ümumiyyətlə, məhkəmə qərarı olmadan Dövlət Sərhəd Xidməti vətəndaşın xaricə çıxışına imkan verməyə bilərmi? Üstəlik, həmin xidmət yalnız müvafiq dövlət qurumlarının “STOP” qoyduğunu bildirməklə kifayətlənir. Bu cür qadağa isə on minlərlə vətəndaşı haqlı olaraq iqtidardan narazı salır. Belə qadağa ilə üzləşənlərin bir çoxu dəfələrlə müvafiq dövlət qurumlarına müraciət etmələrinə baxmayaraq, heç cür problemin həllinə nail ola bilmirlər. Hətta ölkənin sayılıb-seçilən qeyri-hökumət təşkilatlarının bu məsələyə müdaxiləsi nəticə verməyib. Azərbaycan vətəndaşlarının ölkədən çıxışına qoyulan qadağa əsasən vergi və banklardan götürülən kreditlə bağlı borcların ödənilməməsinə görə tətbiq olunur. Qeyd etdik ki, Vergilər Nazirliyi vaxtaşırı borclularla bağlı məlumat yayır. Banklara gəldikdə, onların hər biri kredit götürənin kimliyini, ona zəmanət duranları, konkret ünvanlarını da bilir. Deməli, bu problem bankla vətəndaş arasında yaranır. Banklara külli miqdarda kredit borcu olanlar da bəllidir, onlara hətta cinayət işləri də açılıb, çox sayda adam buna görə həbs edilib. Lakin heç bir sənəddə borcu olmadığı halda çox sayda vətəndaşın ölkədən çıxışına qadağa qoyulması, qeyd etdiyimiz kimi, süni narazılıq yaratmaqdan başqa bir şey deyil. Bu, hazırda çox ciddi problemə çevrilib, həll olunması üçün isə heç bir ciddi addım atılmır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler