Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ədliyye naziri Ağcabedi rayonunda vetendaşları qebul edib

30 Eylül 2016

1:48 pm


30/09/2016 [17:44]: xeber –
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 30-da ədliyyə naziri Fikrət Məmmədov Ağcabədi rayonu Mədəniyyət Mərkəzində Ağcabədi, Beyləqan və İmişli rayon sakinlərinin, habelə digər bölgələrdən olan vətəndaşların qəbulunu keçirib.Qəbuldan əvvəl nazir və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.Səfər zamanı ədliyyə naziri Ağcabədidə yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti, o cümlədən rayon qeydiyyat şöbəsinin əsaslı təmirdən sonra istifadəyə verilmiş yeni binası ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.Nazir dövlət başçısının rəhbərliyi ilə respublikamızın, o cümlədən regionların sosial-iqtisadi inkişafı üzrə əldə olunan nailiyyətlərdən bəhs edib, bu günlərdə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumda xalqımızın böyük vətəndaş həmrəyliyi nümayiş etdirərək Azərbaycanın hərtərəfli sürətli tərəqqisinə, gələcək inkişafına səs verdiyini qeyd edib, referendumun ölkə Prezidenti İlham Əliyevə ümumxalq etimadının növbəti təzahürü olduğunu vurğulayıb.Müşavirədə həmçinin, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, insanların məmnunluğunun yüksəldilməsi ilə bağlı dövlət başçısının tələbləri diqqətə çatdırılıb, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin düzgün təşkili və digər tövsiyə və tapşırıqlar verilib.Eyni zamanda, şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi qeyd olunub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm institusional və qanunvericilik tədbirlərindən bəhs edilib.Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler